Icma.az
close
up
RU
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həll yolları müxtəliflik və inklüzivlik əsasında daha da güclənir

Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həll yolları müxtəliflik və inklüzivlik əsasında daha da güclənir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şamaxı, 25 avqust, AZƏRTAC

İkinci “İqlim Dəyişikliyi Yay Düşərgəsi”nin açılışında çıxış etmək mənim üçün böyük şərəfdir. Çünki bu, sadəcə bir proqram deyil – ötən il COP29-un Gənclər üzrə Çempionu kimi fəaliyyətim dövründə yaranan bir arzudur. Ötən il bu düşərgəni ilk dəfə təşkil edəndə 35 ölkədən 75 gənc müəllimi qəbul etmişdik. Onların hər birinin gətirdiyi enerji və fədakarlığı bu gün də xatırlayıram. Bu, bir daha göstərdi ki, iqlim fəaliyyəti təhsildən başlayır – gənclərə daha yaxşı bir dünya qurmaq üçün düzgün alətlər və biliklər verməklə. Bu il isə çox xoşbəxtəm ki, bu ənənə davam edir. Bu dəfə 20 ölkədən 46 ilhamverici iştirakçı ilə yanaşı, Azərbaycanın bölgələrindən 10 gənc müəllimi də aramızda görürük.

AZƏRTAC xəbər verir ki, bu barədə COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova avqustun 25-də Şamaxıda keçirilən “COP29 İqlim Dəyişikliyi üzrə Yay Düşərgəsi”nin açılış mərasimində deyib.

“Sizin burada iştirakınız bir daha sübut edir ki, təhsilin sərhədi yoxdur və iqlim dəyişikliyi ilə bağlı həll yolları yalnız müxtəliflik və inklüzivlik əsasında daha da güclənir. Karyerasına yeni başlayan gənc müəllimlər – istər məktəbdə, istərsə də yerli təşkilatlarda çalışan təhsilverənlər icmalarını səfərbər edərək, yerli səviyyədə iqlim fəaliyyətini dəstəkləyərək və iqlim təhsilinin öz kontekstlərində prioritet olmasına çalışaraq iqlim savadlılığının və fəaliyyətinin çoxaldıcılarıdır. Onların unikal baxış bucaqları və innovativ yanaşmaları gənclərin iqlim məsələlərinə cəlb olunmasında, eləcə də təhsil praktikasının ekoloji maarifləndirmə ilə zənginləşdirilməsində mühüm rol oynayır. Buna görə də müəllimlərin potensiallarının artırılmasına yönəlmiş investisiyaların prioritetləşdirilməsi vacibdir. Hər bir gənc müəllim iqlim dəyişikliyi təhsilini effektiv və ilhamverici şəkildə çatdırmaq üçün bilik, alət və resurslara çıxış imkanına sahib olmalıdır. Dünyada müəllim çatışmazlığının narahatedici səviyyədə olduğunu nəzərə alsaq, daha çox gəncin bu peşəyə cəlb olunması və onların icmalarında iqlim fəaliyyətinə töhfə verə biləcək təlim, öyrənmə materialları və resurslarla təmin edilməsi son dərəcə zəruridir”, - deyə o vurğulyıb.

Leyla Həsənova deyib ki, karyerasına yeni başlayan müəllimlərin bacarıqlarının artırılmasına qoyulan sərmayə uzun illər davam edən çoxaldıcı təsirinə görə ağıllı bir investisiyadır:”Bu vizyona ilk gündən inanan tərəfdaşlarımıza – UNFCCC-yə, Ətraf Mühit Təhsili Mərkəzinə, UNICEF-ə, Ətraf Mühit Təhsili Fonduna, Qoşulmama Hərəkatı Gənclər Təşkilatına, Regional İnkişaf İctimai Birliyinə, UNESCO-ya, UNESCO Həyatboyu Öyrənmə İnstitutuna, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə dərin təşəkkürümü bildirirəm. Bu düşərgə sizin etimadınız, əməkdaşlığınız və gənclərin gücləndirilməsinə olan sarsılmaz dəstəyiniz sayəsində mövcud olub və bu gün də davam edir. Eyni zamanda, gənclərin rəhbərliyi ilə həyata keçirilən təşəbbüsləri daim dəstəkləyən COP29 Prezidentinə də səmimi təşəkkürümü çatdırmaq istəyirəm. Onun dəstəyi bizə bu missiyanı daha da inamla və güclə davam etdirməyə imkan verir. PYCC kimi fəaliyyətim mənə bir vacib dərsi öyrətdi: gənclər təkcə sabahın liderləri deyil, biz bu günün lideriyik. Sizin kimi müəllimlər isə bu dəyişikliyin mərkəzində dayanırlar. Verdiyiniz hər bir dərs, paylaşdığınız hər bir hekayə, ilham verdiyiniz hər bir uşaq – bunların hər biri iqlim fəaliyyəti deməkdir. COP29-un Bakıda, COP30-un isə Braziliyanın Belem şəhərində keçiriləcəyi bir dövrdə sizdən istəyim odur ki, özünüzü sadəcə düşərgə iştirakçısı kimi deyil, həm də iqlim savadlılığının səfiri kimi görəsiniz. Burada öyrənmək üçün varsınız, eyni zamanda, öyrətdiklərinizi icmalarınıza, məktəblərinizə və ölkələrinizə aparmaq, onları paylaşmaq və tətbiq etmək üçün də varsınız”, - deyə Leyla Həsənova əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see205

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see166

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see161

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri