Leyla Sarabinə VƏZİFƏ VERİLDİ
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-də yeni təyinat həyata keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, jurnalist Leyla Sarabin şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Onun yeni vəzifəyə təyinatını özü də təsdiqləyib.
Leyla Sarabin bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. O, bu vəzifəyə 2026-cı ilin yanvarında təyin edilmişdi.
Sarabin daha əvvəl Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edib. Bu vəzifədə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə bağlı media və ictimaiyyətlə kommunikasiyanın təşkilində iştirak edib.
O, daha əvvəl Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində də çalışıb. Jurnalistika fəaliyyətinin müxtəlif mərhələlərində isə AzTV, Mədəniyyət TV, Publika.az və digər media qurumlarında fəaliyyət göstərib.
Qeyd edək ki, Leyla Sarabinin “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-yə təyinatından sonra Azərbaycan İnvestisiya Holdinqində İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbərliyinə yeni təyinat olub. Bu vəzifəyə Liya Bayramova gətirilib.
Əli Hüseynov
Baxış sayı:40
Bu xəbər 06 Oktyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















