Icma.az
close
up
RU
lham Əliyevin Berlin səfəri iqtisadi əməkdaşlığa necə təsir edəcək?

lham Əliyevin Berlin səfəri iqtisadi əməkdaşlığa necə təsir edəcək?

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlığın gələcək istiqamətlərini də gündəmə gətirib. Tərəflər ticarət, investisiya və enerji sahələrində əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu fonunda Almaniya ilə tərəfdaşlığın perspektivləri diqqət mərkəzindədir.2025-ci ildə ticarət dövriyyəsində müəyyən azalma müşahidə olunsa da, uzunmüddətli artım tendensiyası qorunur. Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların həcmini artırmaq üçün hansı iqtisadi addımlar prioritet olmalıdır?

Milli Məclisin deputatı Vüqar Bayramov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoyacaq.

Deputat deyib ki, keçirilən görüşlər zamanı imzalanan bəyannamə və birgə şuranın yaradılması ilə bağlı əldə olunan razılıqlar iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə xidmət edəcək. Onun sözlərinə görə, burada əsas məqamlardan biri enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunda əməkdaşlığın gücləndirilməsidir.

“2025-ci ildə Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard dollara yaxın olub. Bu dövriyyənin əhəmiyyətli hissəsini Almaniyadan Azərbaycana ixrac təşkil edir, Azərbaycanın Almaniyaya ixracının isə əsas hissəsi xam neft və neft məhsullarından ibarətdir. Bu göstəricilər Azərbaycan üçün qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsinin vacibliyini bir daha ortaya qoyur”-deyə deputat bildirib.

Onun sözlərinə görə, yeni şuranın yaradılması qeyri-neft sektoruna sərmayələrin cəlb olunmasına əlavə imkanlar açacaq.

Deputat bildirib ki, rəsmi statistikaya əsasən, Almaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 938 milyon dollardır və bunun 94 faizi qeyri-neft-qaz sektoruna yönəldilib. Azərbaycanın Almaniyaya yatırdığı sərmayənin həcmi isə 668 milyon dollardır.

V.Bayramov vurğulayıb ki, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması qarşılıqlı sərmayə qoyuluşlarının artmasına şərait yaradacaq: “ Artıq bu istiqamətdə institusional addımlar atılır və bəyannamənin imzalanması, eləcə də şuranın yaradılması iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, Almaniya investisiyalarının və texnologiyalarının qeyri-neft sektoruna daha geniş cəlb edilməsi üçün sahibkarlar arasında əlaqələrin daha da gücləndirilməsinə ehtiyac var”.

O bildirib ki, strateji əməkdaşlıq biznes subyektlərinin daha sıx işləməsi üçün də əlverişli zəmin yaradır və bu, gələcəkdə Almaniyadan daha çox investisiyanın cəlb olunmasına imkan verə bilər.

V.Bayramovun sözlərinə görə, Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində imzalanan sənədlər deməyə əsas verir ki, 2026-cı ildə iki ölkə arasında həm ticarət dövriyyəsində artım qeydə alınacaq, həm də sərmayə qoyuluşlarında, xüsusilə Almaniyadan investisiyaların cəlb edilməsində irəliləyiş olacaq.

“Əsas məqsəd Almaniyanın Azərbaycanın qeyri-neft sektoruna daha çox sərmayə yatırmasıdır. Onun fikrincə, bu, texnologiya transferinə, yeni iş yerlərinin yaradılmasına və ölkədə yeni iqtisadi dəyərin formalaşmasına mühüm töhfə verəcək”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 İyul 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri