Icma.az
close
up
RU
Liberal iqtisadiyyatın Azərbaycan modeli: Nə dəyişdi?

Liberal iqtisadiyyatın Azərbaycan modeli: Nə dəyişdi?

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır. 

Sfera.az bildirir ki, bu çərçivədə azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib.

“Sahibkarlıq fəaliyyəti haqqında” qanun, “Lisenziyalar və icazələr haqqında” qanun və digər normativ aktlar azad sahibkarlığın hüquqi çərçivəsini müəyyən edir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kimi qurumlar sahibkarlara dəstək verir.

Azərbaycanda son illərdə iqtisadi liberallaşma istiqamətində mühüm islahatlar həyata keçirilib. Sadələşdirilmiş vergi sisteminin tətbiqi və müəyyən güzəştlər mikro və kiçik sahibkarlar üçün əlverişli şərait yaradır. Sahibkarlıq fəaliyyətində şəffaflığı artırmaq və korrupsiyanı azaltmaq məqsədilə elektron qeydiyyat, elektron lisenziyalaşdırma və vergi bəyannamələrinin onlayn təqdim olunması sistemi tətbiq olunub. Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kreditlərin ayrılması və innovativ biznes layihələrinə maliyyə dəstəyi göstərilir. “Made in Azerbaijan” brendinin təşviqi, sərgilərdə iştirak və ixracatçılara subsidiyalar verilməsi azad sahibkarlığın beynəlxalq bazarlara çıxışını asanlaşdırır.

Azərbaycanda iqtisadiyyatın liberallaşması və sahibkarlığın inkişafı kontekstində pərakəndə ticarət sektoru mühüm rol oynayır. Pərakəndə ticarət sahəsində azad sahibkarlıq prinsipinin tətbiqi bu sektorda rəqabətli mühitin formalaşmasına, qiymətlərin tənzimlənməsinə və xidmət keyfiyyətinin artmasına səbəb olur. İstənilən şəxs sadələşdirilmiş qeydiyyat yolu ilə öz mağazasını, butikini və ya onlayn satış platformasını aça bilər. Bu isə mikro və kiçik sahibkarlığın inkişafını stimullaşdırır. Azərbaycanın pərakəndə ticarət sektorunda 25 il əvvəl mövcud olan vəziyyətlə indiki vəziyyəti müqayisə etdikdə görürük ki, son iki onillikdə şəbəkə marketlərinin sayının artmasının əsas faydalarından biri aralıq inflyasiyanın aradan qaldırılması olub.

Əvvəllər marketlər kiçik dövriyyəyə sahib olduğundan istehsalçı ilə birbaşa təmas quraraq məhsul əldə edə bilmirdi. Arada bir topdansatıcı vasitəçi kimi çıxış edirdi və bu səbəbdən marketlərdə məhsulların qiymətində izafi marjalar, xərclər öz əksini tapırdı. Bu struktur həm istehlakçılar üçün baha qiymətlərə, həm də istehsalçılar üçün daha az gəlirə səbəb olurdu. Lakin son illərdə pərakəndə sektorunda baş verən dəyişikliklər və iri market şəbəkələrinin yaranması ilə bu model tədricən dəyişməyə başladı. Artıq böyük marketlər istehsalçılarla birbaşa əməkdaşlıq qurmaq imkanına malikdirlər. Bu isə məhsulların maya dəyərinə müsbət təsir göstərməklə yanaşı, qiymətlərin daha rəqabətli olmasına şərait yaradır. Nəticədə həm alıcı, həm də istehsalçı üçün daha əlverişli bazar mühiti formalaşır.

Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı davamlı iqtisadi inkişaf və sosial rifah üçün vacib amildir. Dövlətin bu sahədə həyata keçirdiyi islahatlar və yaratdığı institusional mexanizmlər sahibkarlıq mühitini tədricən yaxşılaşdırır. Lakin uzunmüddətli uğur üçün həm dövlət qurumlarının, həm də cəmiyyətin fəal iştirakı və əməkdaşlığı vacibdir.

Firuzə Əliyeva


Mövzu: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 Aprel 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri