Libertadores kubokununda maraqlı olay: Rəqib futbolçuların diqqətini yayındırmaq üçün meydana əsginazlar səpildi FOTO
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Argentinanın “Rasinq” futbol klubunun azarkeşləri Libertadores kubokunun yarımfinal mərhələsində “Flamenqo”ya qarşı oyunda rəqib futbolçuların diqqətini yayındırmaq üçün maraqlı üsula əl atıblar.
İdman.Biz xəbər verir ki, oyun zamanı “Rasinq”in fanatları saxta Braziliya pul vahidinin əsginazlarını meydana səpələməyə başlayıblar.
Bununla da argentinalılar ilk oyunda qalib gələn braziliyalı futbolçuların diqqətini yayındırmaq istəyiblər. Oyun 0:0 hesabı ilə başa çatsa da, “Flamenqo” ilk oyunda qazandığı qələbəyə görə Libertadores kubokunun finalına çıxıb.
 
Məlumat üçün əlavə edək ki, “Qarabağ” klubunu sabiq hücumçusu Olavio Juninyo hazırda “Flamenqo”nun formasını geyinir. Sözügedən qarşılaşmada Olavio Juninyo oyunun sonuna qədər ehtiyat oyunçular skamyasında əyləşib.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:78
Baxış sayı:78 Bu xəbər 31 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 31 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















