Icma.az
close
up
RU
YAP Mərkəzi Aparatında Azərbaycan Türkiyə siyasi partiyaları arasında görüş keçirilib

YAP Mərkəzi Aparatında Azərbaycan Türkiyə siyasi partiyaları arasında görüş keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 31-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Ümummilli Lider Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinə, tarixi köklərə, ortaq milli-mənəvi dəyərlərə, dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində uğurla inkişaf edərək, ən yüksək səviyyəyə çatdığı bildirilib.

Azərbaycanın şanlı Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsindən sonra 2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsinin həm ölkələrarası münasibətlərin inkişafı, həm də regionda təhlükəsizliyin təmin edilməsi və çoxtərəfli işbirliyinin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb. Hər iki dövlətin beynəlxalq platformalarda bir-birini fəal şəkildə dəstəkləməsinin milli maraqların təmin olunması və qarşıda duran strateji hədəflərin reallaşdırılması baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan-Türkiyə birliyinin Türk dünyasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemində nüfuzlu güc mərkəzi kimi mövqelərinin möhkəmlənməsi və rolunun artması üçün yeni imkanlar yaratdığı qeyd olunub. Bu kontekstdə Türk dövlətlərinin siyasi partiyaları arasında əlaqələrin genişləndirilməsinin önəmi də xüsusi vurğulanıb.

Həmçinin 2021-ci il iyunun 2-də Əməkdaşlıq Protokolu imzalayan və ötən müddət ərzində ortaq maraqlara əsaslanan mühüm tədbirlər reallaşdıran YAP ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının münasibətlərinin nümunəvi xarakter daşıdığı vurğulanıb, YAP ilə BBP arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see312

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see217

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see199

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see192

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see191

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see153

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see144

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see129

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see129

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see125

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see123

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri