Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Lider dəyişmədi: Ronaldo və Messi arasında böyük uçurum var

Lider dəyişmədi: Ronaldo və Messi arasında böyük uçurum var

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futbol dünyasının Yaxın Şərqə yolunu açan Səudiyyə Ərəbistanı son illərdə futbolçuların illik qazanclarının əhəmiyyətli dərəcədə artmasını təmin edib.

Qaynarinfo xəbər verir ki, Anadolu Agentliynin 2024-cü ilin idmanda diqqət çəkən mövzularla bağlı hazırladığı xəbərdə ilin ən çox qazanan futbolçuları müzakirə edilib.

"Forbes"in siyahısına görə, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı ulduz Kriştiano Ronaldo 285 milyon dollar gəlirlə 2024-cü ilin ən çox qazanan futbolçuları siyahısında birinci olub.

Səudiyyə Ərəbistanında çıxış edən 4 futbolçu 2024-cü ilin ən çox qazanan 10 futbolçusu sırasında yer alıb. Siyahıda İngiltərədən 3, İspaniyadan 2 və ABŞ-dan bir futbolçu yer alıb.

Kriştiano Ronaldo - 285 milyon dollar

2024-cü ildə Ronaldo siyahıdakı ən yaxın rəqibi argentinalı Lionel Messinin qazancından iki dəfə çox qazanıb. Keçən il 260 milyon dollarlıq illik qazancı ilə özünün rekordunu qıran 39 yaşlı futbolçu bu il gəlirini 285 milyon dollara yüksəldib.

Avqust ayında "YouTube" kanalı açaraq onlayn varlığını artıran Ronaldonun bütün sosial media platformalarında 1 milyarda yaxın izləyicisi olub. Başda "Nike" olmaqla brend ortaqlıqları, həmçinin otel və geyim sahələrindəki təşəbbüsləri ilə meydandan kənar gəliri ildə 65 milyon dollara yüksələn Ronaldo bir il ərzində "Əl-Nəsr"dən 220 milyon dollar qazanıb.

Lionel Messi - 135 milyon dollar

Argentinalı ulduz Lionel Messi 2024-cü ildəki 135 milyon dollarlıq gəliri ilə siyahının ikinci pilləsində qərarlaşıb.

"Adidas", "Apple TV" və "Konami" kimi brendlərlə əməkdaşlıqları sayəsində 75 milyon dollar qazanan Messi meydandan kənar gəlirdə liderdir.

"Instagram"da 500 milyondan çox izləyicisi və öz prodüser şirkəti olan 37 yaşlı Messi oynadığı ABŞ-ın "İnter Mayami" klubundan illik 60 milyon dollar maaş alıb.

Neymar - 110 milyon dollar

Braziliyalı ulduz Neymar Səudiyyə Ərəbistanındakı karyerası gözlənildiyi kimi getməsə də, meydanda və meydandan kənarda qazandığı gəlirlə ilin üçüncü ən çox qazanan futbolçusu oldu.

Keçən il dizindən aldığı zədə səbəbindən meydandan uzaq olan 32 yaşlı oyunçu "Puma" kimi markalarla əməkdaşlığa davam edib və sosial media vasitəsilə xeyli gəlir əldə edib.

"Əl Hilal"dan 80 milyon dollar alan Neymar 2024-cü ildə meydandan kənarda 30 milyon gəlirlə 110 milyon dollara çatıb.

Kərim Benzema - 104 milyon dollar

Kərim Benzema 2024-cü ilin ən çox qazanan futbolçuları siyahısında 4-cü yeri tutub.

Benzema 2023-cü ildə astronomik məbləğ qarşılığında karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə qərar verən ulduzlardan biri olub.

"Əl İttihad"dan 100 milyon dollar maaş alan 36 yaşlı Benzema meydandan kənar gəlirləri ilə qazancını 104 milyon dollara yüksəldib.

Kilian Mbappe - 90 milyon dollar

Kilian Mbappe bu il "Real Madrid"ə keçərək "uşaqlıq arzusunu" reallaşdırıb.

"Nike" və "Dior"un da olduğu ortaqlıqlar sayəsində 20 milyon dollar qazanan 25 yaşlı futbolçunun qazancı futboldan qazandığı 70 milyonu əlavə etdikdə 90 milyon dollara yüksəlib.

Ən çox qazananlar siyahısında 5-ci yerdə olan Mbappenin gedişi Fransa liqasına da şok yaşadıb. Ulduz futbolçuların gedişi ilə əlaqədar Fransa liqasının illik yayım gəliri 1,1 milyard dollardan 700 milyon dollara düşüb.

2024-cü ildə futbol dünyasında ən çox qazanan 10 ad aşağıdakılardır:

1. Kriştiano Ronaldo (Əl-Nəsr) - 285 milyon dollar

2. Lionel Messi (İnter Mayami) - 135 milyon dollar

3. Neymar (Əl Hilal) - 110 milyon dollar

4. Kərim Benzema (Əl İttihad) - 104 milyon dollar

5. Kilian Mbappe (Real Madrid) - 90 milyon dollar

6. Erlinq Haaland (Mançester Siti) - 60 milyon dollar

7. Vinisius Junior (Real Madrid) - 55 milyon dollar

8. Məhəmməd Salah (Liverpul) - 53 milyon dollar

9. Sadio Mane (Əl-Nəsr) - 52 milyon dollar

10. Kevin De Bruyne (Mançester Siti) - 39 milyon dollar

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri