Icma.az
close
up
RU
Liderləri geridə saxlayan gizli inanclar

Liderləri geridə saxlayan gizli inanclar

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Hər bir rəhbərin karyerasında bir məqam gəlir ki, irəliləmək çətinləşir. Bəzən bu, motivasiyanın azalması, bəzən də komanda ilə münasibətlərdə gərginlik kimi özünü göstərir. Biz çox vaxt səbəbi xarici amillərdə - bürokratiyada, resurs çatışmazlığında və ya işçi davranışında axtarırıq. Amma “Paravis Partners” şirkətinin təsisçisi və beynəlxalq kouç Myuriel M. Uilkins-in fikrincə, əsl problem çox vaxt liderin öz içində gizlənir.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, "The Hidden Beliefs That Hold Leaders Back” (“Liderləri geridə saxlayan gizli inanclar”) adlı məqaləsində Uilkins vurğulayır ki, bir çox rəhbərin inkişafına maneə olan görünməz düşüncə tələləri var. Onlar "gizli bloklar” adlanır və liderin davranışını, qərarlarını, komanda ilə ünsiyyətini formalaşdırır.

Müəllifin 300 rəhbər üzərində apardığı təhlil nəticəsində ən çox rast gəlinən yeddi inanc formalaşdırılıb.

1. “Mən hər şeydə iştirak etməliyəm”
Bu düşüncə lideri mikroidarəçiliyə sürükləyir, qərarların yubanmasına və komandanın sərbəstliyinin azalmasına səbəb olur.

2. “İndi nəticə olmalıdır”
Səbir çatışmazlığı və tələsik qərarlar səhvləri artırır, işçilərdə tükənmişlik yaradır.

3. “Mən həmişə haqlıyam”
Bu inanc tənqidi düşüncəni boğur, əməkdaşlığı azaldır və komandanın ideyalarına qapı bağlayır.

4. “Mən səhv edə bilmərəm”
Perfeksionizm lideri riskdən qaçmağa, qərarsızlığa və gecikməyə sürükləyir.

5. “Mən edə bilirəmsə, başqası da etməlidir”
Bu, başqalarının fərqli qabiliyyətlərini görməməyə, onların inkişafını ləngitməyə səbəb olur.

6. “Yox deyə bilmərəm”
Həddindən artıq məsuliyyət hissi iş yükünü artırır, prioritetləri pozur və lideri tükəndirir.

7. “Mən buraya aid deyiləm”
Bu isə “imposter sindromu” yaradır, özünə inamı azaldır və liderin təsir gücünü zəiflədir.

Myuriel Uilkins bu inanclardan azad olmaq üçün sadə, lakin təsirli üç mərhələli model təklif edir:

1. Uncover (Aşkar et): Özündə hansı düşüncənin səni saxladığını tanı.

2. Unpack (Analiz et): Bu inanc haradan yaranıb, səni əvvəllər necə qoruyub və indi niyə zərər verir - bunu dərk et.

3. Unblock (Azad ol): Köhnə inancı yeni, daha sağlam və məhsuldar düşüncə ilə əvəz et.

Real hekayələrdən iki nümunə

Kristin böyük bir şirkətdə yeni təyin olunmuş rəhbər idi. Komandası onu mehriban və strateji lider kimi görsə də, qərarvermədə lənglik müşahidə olunurdu. Sonradan məlum oldu ki, onun gizli inancı “Mən səhv edə bilmərəm” idi. O, səhv etmək qorxusundan qərarları təxirə salır, çoxlu rəylər toplayır və nəticədə proseslər uzanırdı.

Uilkinsin metodu ilə Kristin bu inancı “Mən mövcud məlumatla ən yaxşı qərarı verirəm” fikri ilə əvəz etdi. Nəticədə, qərarvermə prosesi sürətləndi, komandanın etimadı artdı.

Digər nümunə - Filip texnologiya sahəsində ixtisaslaşmış, lakin “Mən həmişə haqlıyam” düşüncəsindən əziyyət çəkən lider idi. O, öz fikrinin yeganə doğru olduğunu düşündüyü üçün əməkdaşlıq mühiti zəifləyirdi. Filip bu inancı dəyişərək “Mənim rolum cavab vermək deyil, başqalarının həll yolu tapmasına kömək etməkdir” prinsipini qəbul etdi. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Oktyabr 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri