Icma.az
close
up
RU
Liderlik, enerji və diplomatik nüfuz: Azərbaycan Avropa səhnəsində də yerini alıb

Liderlik, enerji və diplomatik nüfuz: Azərbaycan Avropa səhnəsində də yerini alıb

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyev Tirana zirvəsində güclənən Azərbaycanı bir daha göstərdi



Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb. Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunub. Dövlət başçısı İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində İspaniyanın Baş naziri Pedro Sançez, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Çex Respublikasının Baş naziri Petr Fiala, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Litvanın Baş naziri Gintautas Palukas, Moldovanın Prezidenti Maya Sandu, Slovakiyanın Baş naziri Robert Fiko və digər liderlərlə görüş keçirib. Qeyd edək ki, “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Ümumiyyətlə, Azərbaycan çoxvektorlu, müstəqil xarici siyasəti ilə tək regionda deyil, bütövlükdə beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib. Regional və qlobal miqyasda əməkdaşlıq əlaqələrini möhkəmləndirir, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına töhfələr verməkdədir. Region dövlətləri ilə yanaşı, Çindən Afrikaya kimi genişmiqyaslı əməkdaşlıq münasibətləri qurub. Elə nüfuzlu beynəlxalq təşkilatın tədbiri olmur ki, Azərbaycan orada təmsil olunmasın. COP29 - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının məhz Azərbaycanda keçirilməsi bunun təsdiqidir. Albaniyada Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı da bu qəbildəndir. "Avropa Siyasi Birliyi" Avropa İttifaqının (Aİ) təşviq etdiyi mühüm platformalardan biridir və Prezident İlham Əliyev də artıq bir neçə dəfə onun toplantılarında təmsil olunub. Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alır. Bu da ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Şübhəsiz ki, bu həm də dövlətimizin başçısının şəxsi nüfuzunu nümayiş etdirir. Təbii ki, bu, beynəlxalq miqyasda Azərbaycanın yüksələn mövqeyinin və bilavasitə Prezidentimizin dünya liderləri arasında böyük söz sahibi olmasının göstəricisidir. Fakt odur ki, Avropanın enerji təhlükəsizliyi və alternativ nəqliyyat dəhlizləri baxımdan Azərbaycana ehtiyacı artıb. Azərbaycan artıq 10 Avropa ölkəsinə qaz satır, ölkəmiz üzərindən keçən Qərblə Şərqi birləşdirən Orta Dəhliz üzrə daşımalar hər il artır. Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq aləmdə orta və regional güc kimi tanınır. Artıq əksəriyyət də qəbul etməyə başlayıb ki, Azərbaycan öz iqtisadi, siyasi, diplomatik və hərbi potensialını birləşdirərək ötən illər ərzində yaratdığı imkan və üstünlükləri sayəsində ərazi bütövlüyünü təmin etməyi bacarıb və bu gün Cənubi Qafqazın ən güclü dövləti, Xəzər regionunun nüfuzlu gücü sayılır. Bakının vasitəçilik imkanlarından dünya aktorlarının dəfələrlə istifadə etməsinin şahidi olmuşuq. Regionda Azərbaycanın müsbət mövqeyi olmadan hansısa ciddi transregional layihə effektiv icra oluna bilməz, bunu həm region, həm dünya ölkələri, o cümlədən Avropa dövlətləri anlayır. Eyni zamanda, neokolonializmlə mübarizəyə, Qlobal Cənub ölkələrinə dəstək və COVİD-19 dövründə vaksin millətçiliyi ilə mübarizədə Azərbaycanın təşəbbüsləri onu öz maraqlarını regionumuzdan uzaq yerlərdə, qlobal səviyyədə təmin etməsinə imkan verir.


Millət vəkili Vüqar Bayramov Sherg.az-a deyib ki, yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib:

seeBaxış sayı:141
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 May 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri