Icma.az
close
up
RU
Azərbaycan dövlətinin siyasəti və liderlik fəlsəfəsi

Azərbaycan dövlətinin siyasəti və liderlik fəlsəfəsi

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Azərbaycan dövlətinin daxili və xarici siyasəti xalqımızın iradəsinin beynəlxalq aləmdə təsdiqini, qarşıda duran tarixi vəzifələrin dönəmlərə uyğun şəkildə həyata keçirilməsinə xidmət edir.” - Heydər Əliyev.
Bu sözlər öz təsdiqini tapdı. Böyük dövlət xadiminin və misilsiz liderin dövlət maraqları uğrunda qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsini təmin etmək üçün diplomatik qələbələrin davamlı olmasına yönəlmiş siyasi strategiyanı nəzəri və praktiki olaraq ərsəyə gətirdilər. Dövlət xadimlərinin məharəti və idarəçilik qabiliyyəti, istənilən şəraitdə ağıllı davranışlarla dövləti az itki ilə çıxış yolu tapmağa və daha çox fayda əldə etməyə yönəlik fəaliyyətdə özünü göstərir. Bu cür davranışları biz dəfələrlə görmüşük.
Müasir dünyada siyasətin mahiyyəti və dünyanın yeni dövrlərə keçidi ilə istehsalçı qüvvələrin baxış bucaqları dəyişir. Elmin, ictimai və siyasi münasibətlərin inkişafı da bu dəyişikliklərə uyğun hərəkət edir. Bu qərarların siyasi nəzəriyyəsini operativ şəkildə dərk etmək, çevik diplomatik qərarlar vermək və mənfi təsirlərdən qorunmaq üçün vacib faktorlardır. Bütün bunlar dünyanın siyasi tarazlığına və fərdlərin dünya görüşünə təsir edən, daha dərin köklərə söykənən, düşünülmüş bir fəlsəfi istehsalatın nəticəsidir.
Müasir dünyanın tələbləri çox vaxt acımasız və məkrli oyunlardan ibarətdir. Belə bir şəraitdə, hadisələrin dövlətimizin və millətimizin maraqlarına uyğun tənzimlənməsi və mümkün zərərlərdən uzaqlaşdırılmasına ehtiyac var.
Ərəb ölkələrində baş verənlərin acı nəticələrini bu gün orada yaşayanlar çəkir. Müsəlman ölkələrinə münasibət nəzərə alınmalıdır, çünki biz də müsəlman ölkəsiyik. Bu səbəbdən daha çox ehtiyatlı və faydalı olmak üçün müdriklik tələb olunur.
Ölkəmizi haralarasa sürükləmək niyyətlərini və xalqımızında ərəb ölkələri kimi acı tale yaşatmaq təhlükəsi ilə üz-üzə qoymaq istəklərinin qarşısını alan siyasi nəzəriyyəni müdafiə etməliyik. Bu siyasi nəzəriyyənin, diplomatiyanın arxasında etibar və ağıl dayanır.
Ölkəsini siyasi təlatümlərdən qoruyan liderlər bu gün çox azdır. Belə liderlərin gələcək tarixdə özünəməxsus yerləri olacaq. Bizim ölkəmiz də belə liderlərdən birinin rəhbərliyi altında bütün təzyiqlərə və haqsızlıqlara rəğmən davamlı inkişaf yolunu tutub.
İctimai rəyi çaşdırmağa çalışan bəzi primitiv düşüncə sahiblərinin sürətlə siyasi məkandan uzaqlaşması artıq özlərinin də bunu dərk etməsinə və daha da aqressivləşməsinə səbəb olub. Ancaq millətimiz dünən olduğu kimi, bu gün və gələcəkdə də ağıllı liderə etimad göstərəcək.
Bu etimad bizim sabahımız, gələcəyimiz, inkişafımız və varlığımızdır. Ölkəni idarə etmək, qorumaq, milləti müdafiə etmək, hüquqlarını təmin etmək və yaranan təhlükələrdən uzaqlaşdırmaq böyük məharət tələb edir.
Dövlət başçıları dövlətin siyasi qürurunu qoruyurlar, onları qorumaq isə həmin xalqın, millətin vətəndaşlarının vəzifəsidir. Xaricdən və daxildən hücum edənlər həmişə olacaq. Lakin bu hücumlara qarşı sərt cavab vermək və ölkənin siyasi namusunu qorumaq hər bir vicdanlı vətəndaşın borcudur. Kənardan ulduz görən kimi hürənlər həmişə olacaq. Çünki biz ulduzlara müdaxilə edə bilmirik. Amma onları görən kimi vəzifəsini yerinə yetirənlərə müdaxilə etmək öz əlimizdədir. Onların sərsəm baxışlarının önünə siyasi qara pərdə asmaq bizim borcumuzdur.
Heç kim bu ölkənin liderinə qarşı dil uzada bilməz! İstər xaricdən manqurtlaşmış mollalar, istər daxildən geri zəkalı siyasətşünaslar, jurnalistşünaslar və ya blogerşünaslar olsun – ölkənin siyasi namusunu qorumaq hər bir vicdanlı vətəndaşın borcudur!
Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Yanvar 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri