Icma.az
close
up
RU
Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dəqiq məlumat olmasa da dünyada müxtəlif dillərdə liderlik barədə indiyədək nəşr olunan kitabların sayının 100 mindən çox olduğu təxmin edilir. Eyni zamanda müxtəlif sosial şəbəkə platformalarında zəngin məlumat toplusunun olduğunu demək mümkündür. Bütün bu mənbələrdə liderlik ilə əlaqədar fərqli məqamlara, fərqli tərəflərə toxunulur. Amma fikrimcə bir əhəmiyyətli, konseptual məqam var ki, diqqətdən kənardan qalır.

Etimoloji olaraq liderlik sözü irəli aparmaq, rəhbərlik etmək, bələdçilik etmək və s. mənalarını verir. Yuxarıda qeyd edilən təməl, konseptual məqam ilə əlaqədar suallar tam da burada meydana çıxır. Fərqli suallarla da olsa eyni məqamı belə ifadə edə bilərik: Lider özünün legitim gücünü nədən alır? Liderdəki səlahiyyət gücü nəyə söykənir? Hər hansısa qurumun, təşkilatın əməkdaşları liderdə nəyi tapırlar ki, onu izləyirlər? Və ya nəyi tapa bilmirlər ki, onun ardınca getmirlər? Belə təməl, konseptual məqama yaxın tarixdə ilk dəfə toxunan Max Weber [1] olmuşdur. Max Weberə görə liderin səlahiyyət gücünün 3 təməli ola bilər; birincisi, rasio, yəni ən sadə mənada ağıl və onun effektiv sistem qura bilmə qabiliyyəti, ikincisi, ənənə, yəni inersiya - belə gəlib, belə də davam edir, üçüncüsü, xarizma, yəni rəhbər şəxsin üstün xüsusiyyəti, məsələn, qəhrəmanlıq, cəsarət və s. Bunu nəzərə alaraq da Max Weber 3 fundamental liderlik tipini bir-birindən fərqləndirir: rasional liderlik, ənənəvi liderlik və xarizmatik liderlik. Fikrimcə belə bir bölgü yuxarıda qeyd edilən təməl suallara cavab verir, elə isə, liderlik tiplərinin qısa izahına keçək.

• Rasional liderlikdə legitim zəmin idarəetmənin yazılı qaydalara, sınaqdan çıxmış normalara və rasional mühakimələrə əsaslanmasıdır. Belə olan halda təşkilatın institusional ağılı böyüyür və qərarlar yüksək kollegial iştirakla qəbul edilir. Yüksək kollegiallıq qətiyyən rəhbərin zəruriliyini inkar etmir, əhəmiyyətini sıxışdırmır, sadəcə təşkilatın insan kapitalı potensialının həmişə qərarvermədə maksimal töhfəsini təmin edir. Nəticədə təşkilat daxili sağlam, səmərəli ierarxiya bərqərar olur və konkret şəxsə yox, əsasən rasional təmələ bağlı (Max Weberin ifadəsi ilə “impersonal order”) daxili nizam qurulur.

•Ənənəvi liderlikdə legitim əsas ənənələrə, başqa ifadə ilə indiyədək qurulmuş sistemə söykənir və onların “toxunulmazlığı” qəbul edilir. Bu halda liderin vəzifəsindən aldığı səlahiyyət gücü sistemdə bərqərar olur və nəticədə təşkilat daxili nizam şəxsə bağlı formalaşır (“personal order”). Rasional liderlikdən fərqli olaraq legitim əsasın rasional mühakimələrə söykənməməsi institusional ağılın inkişaf edə bilməməsi ilə nəticələnir. Ona görə də burada fərdə loyallıq yüksək qiymətləndirilir və meritokratiya sistemdə bərqarar ola bilmir. Sonda təşkilatın özünü transformasiya etmə potensialı məhdudlaşır və beləliklə də inersiyanın hökm sürməsi qaçılmaz olur.

• Xarizmatik liderlikdə legitim əsas liderin qəhrəmanlığı, insan üstü qabiliyyətlərə sahib olması hesab edilir. Bu halda təşkilatın daxili nizamı birbaşa xarizmatik şəxsə (“personal order” - ənənəvi liderlikdə olduğu kimi) və onun tərəfindən verilmiş əmr, sərəncamlara bağlı olur. Xarizmatik liderlikdə liderə mütləq inam olduqca xarakterikdir. Bu inam özü ilə bərabər düşüncəni, alternativ fikri, rasional mühakiməni sistemdən sıxışdırıb çıxarır, çünki hamı həlli və ya qərarverməni əsasən bir nəfərdən, xarizmatik liderdən gözləyir. Ənənəvi liderlikdən fərqli olaraq xarizmatik liderlikdə meritokratiya sistemdə dayaq tapa bilir, sadəcə meritokratiya xarizmanın fonunda kölgədə qaldığına görə bu liderlik tipi üçün “succession” problemi hər zaman aktual olur.

Liderlik tiplərinin qısa izahından sonra qeyd etmək lazımdır ki, real həyatda hər hansısa bir lider nümunəsi təhlil edilərkən bu 3 lider tipindən birinin tam təzahürünə rast gəlinməyə bilər. Ola bilər ki, lider hansısa bir dövrdə bir tip xarakteristikanı, digər bir dövrdə isə başqa bir tipi əks etdirmiş olsun. Əslində bu başa düşüləndir, belə ki, konyuktur zəruri olaraq bu keçidləri şərtləndirə bilər. Məsələn, fövqəladə vəziyyətlərdə (müharibə, təbii fəlakət, iqtisadi böhran və s.) xarizmatik liderliyə böyük ictimai-sosial tələb yaranır, bu mənada liderin belə konyukturu nəzərə alaraq o keyfiyyətləri nümayiş etdirə bilməsi məntiqlidir. Amma çox uzun müddət konyukturun dəyişməsinə baxmayaraq rasional liderliyə keçməmək özü ilə bərabər ciddi struktur çağırışlara səbəb ola bilər.

Elman Eminov, iqtisadçı

[1]  Max Weber, Economy and Society, an outline of interpretive society, səhifə 215.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:382
embedMənbə:https://marja.az
archiveBu xəbər 24 Sentyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri