Icma.az
close
up
RU
Lionun baş məşqçisi: Qarabağ daha çox qol vura bilərdi

Lionun baş məşqçisi: Qarabağ daha çox qol vura bilərdi

"Qarabağ" daha çox qol vura bilərdi.

Milli.Az xəbər verir ki, bunu "Lion"un baş Pyer Saj Avropa Liqasında "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:

"Birinci hissədə "Qarabağ" təhlükəli qol vəziyyətləri yaratdı. Rəqib ilk yarıda özünü yaxşı tərəfdən göstərdi. İkinci hissədə müdafiədə daha inamlı çıxış etdik. Hücumlara çıxarkən inamlı təsir bağışladıq. Ümumi götürsək, hesabın oyuna görə olduğunu deyə bilməyəcəm. "Qarabağ" daha çox qol vura bilərdi".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Qarabağ" evdə "Lion"a 1:4 hesabı ilə məğlub olub.
Milli.Az

seeBaxış sayı:28
embedMənbə:https://news.milli.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri