“Lion”un futbolçusu Premyer Liqa klubuna keçə bilər
Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.
“Lion”un yarımmüdafiəçisi Rayan Çerki karyerasını Premyer Liqada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Mançester Siti” maraqlıdır. “Şəhərlilər” artıq “Lion”la danışıqlara başlayıb.
21 yaşlı yarımmüdafiəçi Fransa çempionatının son mövsümündə 30 matçda iştirak edib, 8 qol vurub və 11 məhsuldar ötürmə verib.

