Icma.az
close
up
RU
Menu

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Alişan Uzak şehir in setində FOTOLAR

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Sözün işığında yaşayan insan

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

Payızda bu qidalar immuniteti gücləndirir

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

Dünyanın ən gözəl oğlanı vəfat etdi

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo sevgili olduqlarını etiraf etdilər

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

Lisey və gimnaziyaların imici niyə iflic edildi? Minlərlə şagirdin aqibəti TƏHLİL

Lisey və gimnaziyaların imici niyə iflic edildi? Minlərlə şagirdin aqibəti TƏHLİL

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Artıq bir neçə gündür ki, (5 iyun tarixindən etibarən) lisey və gimnaziyalara mərkəşləşdirilmiş qaydada keçiriləcək imtahanlar üçün qeydiyyat başlayıb. Təəssüf ki, bu il son dəfə liseylərin V, VI və VIII siniflərində oxumaq istəyən şagirdlərin imtahan vermək şansları olacaq. Çünki gələn ildən etibarən, bu şans yalnız VI sinifdə oxuyub, növbəti tədris ilində (VII sinifdə) liseylərdə təhsil almaq istəyən şagirdlərə şamil olunacaq. Lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilən imtahanlar Elm və Təhsil Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ)  tərəfindən aparılır. Təəssüf ki, iki həftə bundan öncə ARTİ-nin verdiyi qəfil qərar minlərlə şagirdin və bir o qədər də müəllim və valideynin nəinki təəssüfünə, hətta çox ağır xəyal qırıqlığına səbəb oldu. Sosial şəbəkə və media üzərindən aparılan müzakirələr, ictimai rəy isə əsasən bu konteksdə oldu: “axı, ilboyu uşaqlar hazırlaşmış və valideynləri bu prosesdə həm pul, həm də zaman itkisi yaşamışlar, qərar niyə məhz indi deyildi?”. Prinsipcə, haqlı iraddır. Təbii ki, bu aspektdən olan qərarlarla bağlı hətta bir il öncədən məlumat verilir və bu, vətəndaşlara təhsilalma imkanları, hədəflərlə əlaqəli planlamada böyük dəstək olur. Amma bu, məsələnin yalnız bir hissəsi idi. Problemin daha böyük  kökü isə belədir: ya indi, ya da bir neçə ay əvvəl, fərq etməz, bu qərara nə gərək var idi?! Lisey və gimnaziyalara sırf bu mərkəzləşdirilmiş imtahanlar səbəbindən xüsusən də son bir neçə ildə çox böyük maraq yaranmışdı. Həmin maraq uşaqları daha ciddi hazırlıq prosesinə sövq etməklə, onları oxuduqları məktəbdə ala bilmədikləri fərqli məzmun konteksləri ilə də tanış edirdi. Fikrimizi sadələşdirərək belə izah edək: lisey və gimnaziyaların hazırlıq proqramı bugün həqiqətən də dünyanın çağdaş təhsil tələbləri, düşüncə, təfəkkür parametrləri ilə az-çox uyğunlaşır, bizdə yalnız nəzəri olaraq adı olan kurikulumun məzmun standartlarına cavab verirdi. Bu prosesdə şagird hər iki halda nəsə qazanırdı: o ya qəbul olunub, daha üst səviyyəli müəssisədə əslində almalı olduğu təhsili alacaq, ya da qəbul olmayıb hazırlıq prosesində belə içində olduğu məktəb qəliblərindən uzaqlaşacaqdı. Son bir neçə ildəki hazırlıq prosesi şagirdlərə məhz bunu yansıtmışdı. Amma qəfil verilən qərar az qala, hər şeyin üstündən xətt çəkmiş oldu. Bu gün bütün tədris müəssisələrinin şagirdə yansıtmalı olduğu məzmun standartları az-çox lisey və gimnaziyalarda uğurla tətbiq olunurdu. Biz məsələn,  Riyaziyyat fənninə aid olan məzmun standartlarını,  onun şagirdə fərddən şəxsiyyətə doğru inkişafı üçün zəmin yaradan göstəricilərini-fəza təfəkkürünü, analitik həndəsi təxəyyül prizmasını standart məktəblərdə verə bilmirik. Buna həm müəllimlərimizin böyük əksəriyyəti, həm də məktəblərin təhsilə cari yanaşma pəncərəsi hazır deyil. Sırf bu səbəbdən universitetlərə qəbul imtahanları zamanı həmin məzmun standartlarının tələbləri əsasında hazırlanan sualları cavablandırmaqda çətinlik çəkirik. Bugün standart məktəbdə oxuyan ən hazırlıqlı şagird belə məhz bu səbəbdən repetitor yanına getmədiyi halda ən minimal nəticəni belə göstərə bilməz. Repetitorluq institutu isə çox uzağa getmədən-lazımı məzmun standartlarını şagirdə müvəqqəti də olsa, əzbərlətmə üsulu ilə də olsa təlqin etdiyi üçün bu dərəcədə böyük kök sala bildi. Nəticədə məktəb özünün əsas missiyasını, analitik təfəkkürü, təhliletmə bacarıqlarını ötürmə funksiyasını, düzgün qərarvermə, yaradıcı-innovativ yanaşma və idarəetmə üstünlüklərini şagirdə təlqin etməyi yadırğadı. Kurikulumun tələb və prinsipləri o idi ki, məktəbi bitirən şagird artıq sadalanan bu kimi üstünlüklərə yiyələnsin və cəmiyyətdə özünüaxtarış mərhələsi zamanı onların sayəsində ayaq üstə dayana bilsin. Bizim məktəb isə bütün bu üstünlükləri bircə amilə-“təki universitetə qəbul olum” düşüncəsinə və bu düşüncəni cani-dildən dəstəkləyən repetitorluğa uduzdu. İşığın gəldiyi, daha doğrusu, az-maz közərdiyi bir yer var idisə, o da lisey və gimnaziyalar idi.(Özəl məktəb və liseyləri nəzərə almasaq). Bu qərarla da işığın parıltısı daha da zəifləmiş oldu. Amma ARTİ qərardan bir gün sonra verilən qərara açıqlama verməyə çalışdı. Halbuki həmin açıqlama da özünün qeyri-müəyyənliyi ilə “göz oxşadı”:

“Yeni yanaşma lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan (yəni növbəti il VII sinfə keçəcək) şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur. Bu yanaşma lisey və gimnaziyalara şagirdlərin qəbulunun daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində həyata keçirilməsi məqsədinə xidmət edir.

Beynəlxalq təcrübələr də göstərir ki, təmayül əsaslı seçimlər çox erkən yaşlarda deyil, müəyyən baza biliklər formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr verir”.

ARTİ-nin sosial şəbəkə və mediada gündəmə çevrilən qərara verdiyi bu açıqlamada bir neçə  məsələ qaranlıq qalır:

1)Beynəlxalq təcrübəyə əsasən, təmayül əsaslı seçimlərin aşağı yox, yuxarı siniflərdə həyata keçməsinin daha səmərəli olması – Məsələn, hansı güclü təhsil ölkələrində təmayül əsaslı seçimlərin yuxarı siniflərdə aparılması və bunun müsbət nəticələr verməsi ilə bağlı isə örnək nümunələr yoxdu. Ümumiyyətlə, bununla bağlı hər hansı tədqiqat işi aparılıbmı? Əksinə, elə ölkələr var ki, onlar təhsillə bağlı hər bir qərarda “erkən təhsil” anlayışına xüsusi önəm verirlər.  Məktəbəhazırlığın, ilkin təhsilin 3 yaşdan etibarən aparıldığı ölkələr təbii ki, təmayül seçimlərində də bu addımı atmış olacaqlar;

2)Məsələnin həll yolunun bu cür dəyərləndirildiyi təqdirdə nə səbəbdən, yuxarı siniflərə də şagird qəbulu dayandırıldı?- açıqlamada diqqət çəkən bir məqam da təmayül seçimlərinin yuxarı siniflərdə daha səmərəli olduğu qeyd olunur. Amma verilən qərarda isəötən ilə qədər VIII siniflərə  aparılan qəbul da dayandırılır. (Təkrar edirik, gələn ildən etibarən liseylərə qəbul yalnız VII siniflər üçün aparılacaq). Tutaq ki, təmayül əsaslı təhsil yuxarı siniflərdə önəmli idisə, o zaman biz VII sinifdə oxuyan şagirdlər üçün növbəti tədris ilini-yəni VIII sinfi liseydə oxumaları üçün şərait yarada bilməzdikmi? Hətta bu məntiqdən çıxış edərək,  sırf yuxarı siniflər üçün qəbul sayını artıra bilməzdikmi?!

Təəssüf ki, bunların heç birisi baş tutmadı. İctimai rəy isə verilən qərarı yalnız birillik müddət üçün  ləngitməyə bəs etdi. Qərarın mahiyyətindəki anlayış, valideynlərin ən azından, maddi xərclərini nəzərə aldıqlarına görə ARTİ-yə təşəkkür edirik. Amma bir ildən sonrakı durumlar necə olacaqdır? Hər halda bir ildən sonra təmayül əsaslı lisey və gimnaziyalarda oxumaq istəyən şagirdlərin sayı heç də az olmayacaqdır. Amma bir gün sonrasında verilən qərar yalnız bu il üçün nəzərdə tutuldu və istisna hal hesab edildi:

“Məlum olduğu kimi, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilir.

Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək.

Qeyd edək ki, 2026-2027-ci tədris ilindən etibarən lisey və gimnaziyalara qəbul yalnız 7-ci siniflər üzrə həyata keçiriləcək”.

Açıqlamada bir cümləyə xüsusi diqqət yetirək: “Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki....”

Həqiqətən də minlərlə  şagird və onların valideynlərinin deyildiyi kimi, lisey və gimnaziyalara maraqlarının artdığı və adıçəkilən müəssisələrin təhsilimizdə xüsusi motivasiya və uğur kimi dəyərləndirildiyi bir zamanda bu cür qərarın qəbulu təəssüf ki, uğursuzluqlara gətirib çıxaracaq.

Danışan rəqəmlər

Lisey və gimnaziyalarla bağlı təqdim edəcəyimiz statistik göstəricilər bu müəssisələrin nə dərəcədə önəmli rol daşıdığına əyani sübutun göstəricisidir:

Lisey və gimnaziyaların ümumi sayı - Hazırda Azərbaycanda mərkəzləşdirilmiş imtahanla şagird qəbulu həyata keçirilən 34 lisey və gimnaziya fəaliyyət göstərir. Onlardan 12 lisey və gimnaziya Bakıda, 22-si regionlarda yerləşir;

Şagird sayı və maraq gəstəriciləri – Lisey və gimnaziyalarda ümumilikdə 18.970 şagird təhsil alır.

Hər il bu müəssisələrə qəbul olmaq məqsədilə 30.000-dən artıq şagird imtahanda iştirak edir və onlardan təxminən 4.000 nəfəri qəbul olunur. Bu statistika təhsil müəssisələrinə qəbul üzrə rəqabətin  kifayət qədər yüksək olduğunu və hazırlıq prosesinin şagirdlər üçün faydalılığına bariz nümunədir. Çünki bir il ərzində ən azı 30 min şagird lisey və gimnaziyaların daha faydalı olan hazırlıq proqramı ilə tanış olub, özünü o istiqamətdə inkişaf etdirirdi.  

Lisey və gimnaziyaların uğur statistikası - Hər il keçirilən respublika fənn olimpiadalarında ümumilikdə 70 minə yaxın şagird iştirak edir. Burada təmayül əsaslı lisey və gimnaziyaların yetirmələrinin uğur göstəriciləri təbii ki, digər müəssisələri xeyli qabaqlayır.

Statistikaya əsasən, 2023-cü ildə bu müəssisələrin şagirdləri Respublika fənn olimpiadaları üzrə ümumi qaliblərin 37.55%-ni, 2024-cü ildə 37.63%-ni, 2025-ci ildə isə 36%-ni təşkil edib;

Lisey və gimnaziyaların region təhsilinə təsiri – Xüsusən də son illərdə regionlarda istedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi məqsədilə son iki ildə 5 lisey yaradılıb və fəaliyyət göstərir. Ötən il 34 müxtəlif lisey və gimnaziyada təhsil almaq üçün 25 min nəfərə yaxın şagird müraciət edib və onlar arasından ən yaxşı 3 min şagird bu müəssisələrə qəbul olub.

Fikrimizcə, təqdim etdiyimiz rəqəmlər bizim adımızdan da danışaraq, əsl mahiyyəti ön plana çıxarmış oldu. Rəqəmlər həm də onu pıçıldadı ki, lisey və gimnaziyalar bizə hələ bundan sonrakı prosesdə, qarşıdakı illərdə daha çox lazım olacaq. Amma verilən qərar isə....

P.S. gəlin, bu suala hamılıqla birlikdə cavab axtaraq. Rəqəmlər isə onsuz da bir neçə ildən sonra danışacaq.

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see234

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see204

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see197

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see191

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see174

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see151

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see139

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see137

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see137

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see136

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see134

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see133

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see130

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

27 Oktyabr 2025 13:22see130

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see127

Dünyanın ən gözəl oğlanı vəfat etdi

27 Oktyabr 2025 08:07see124

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see123

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see122

Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo sevgili olduqlarını etiraf etdilər

27 Oktyabr 2025 06:31see122

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri