Litvada naməlum obyektə görə iki hava limanının işi məhdudlaşdırılıb
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Litvada Belarus tərəfdən ölkənin hava məkanında qaçaqmalçı hava şarlarının görünməsi ehtimalı ilə əlaqədar Vilnüs və Kaunas beynəlxalq hava limanlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
AZXEBER.COM Litvanın LRT ictimai yayımçısına istinadən xəbər verir ki, bu barədə "Litva Hava Limanları" (Lietuvos oro uostai) dövlət şirkəti məlumat yayıb.
Şirkətin məlumatına görə, məhdudiyyətlər Belarus tərəfdən sərhədi keçə bilən və Vilnüs ilə Kaunas hava limanları istiqamətində hərəkət edən qaçaqmalçılara aid hava şarları ilə əlaqəli olduğu ehtimal edilən naviqasiya siqnalları aşkar edildikdən sonra tətbiq olunub.
Təhlükəsizlik məqsədilə hava gəmilərinin qəbulu müvəqqəti olaraq dayandırılıb, bu zaman təyyarələrin uçuşları davam edib.
Bundan əlavə, Vilnüs və Utena qəzalarında hava məkanında təhlükə barədə xəbərdarlıq elan olunub.
Təxminən iki saat sonra xəbərdarlıq ləğv edilib, ardınca hər iki hava limanı ştat rejimində fəaliyyətini bərpa edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 11 Noyabr 2026 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















