Livan BMT yə İranla bağlı şikayət göndərdi
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Livanın Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına İranla bağlı şikayət göndərib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə MTV telekanalına Livanın BMT-dəki daimi nümayəndəsi Əhməd Ərəfa məlumat verib.
İran Livanın daxili işlərinə müdaxilədə, eləcə də bu ölkəni İsraillə münaqişəyə cəlb etməkdə ittiham olunur. pizza sifarişi
O bildirib ki, şikayətdə İranın bir sıra qurumları, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanunsuz hərəkətlər etməkdə və Livan hökumətinin qərarlarına açıq-aşkar itaətsizlik göstərməkdə ittiham olunur.
"Livanda minlərlə insan həlak olub və yaralanıb, bir milyondan çox vətəndaş evlərini tərk etmək məcburiyyətində qalıb. Misli görünməmiş maddi itkilər dəyib, İsrail isə Livan ərazisinin bir hissəsini ələ keçirərək orada təhlükəsizlik zonaları yaradıb", - deyə diplomat vurğulayıb.
O xatırladıb ki, hərbi eskalasiya İranın nəzarətində olan "Hizbullah" hərəkatının döyüşçülərinin martın 2-də İsrailin şimal bölgələrini atəşə tutmasından sonra başlayıb./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 13 May 2026 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















