Livan bundan faydalanacaq ölkələr sırasındadır Ərdoğan
Icma.az, Axar.az saytına istinadən bildirir.
Türkiyə BMT sülhməramlı qüvvələrinin bu ölkədən çıxarılmasından sonra Livanın suverenliyinin təmin edilməsinə yönəlmiş bütün təşəbbüslərdə iştirak etməyə hazırdır. Livan Ankaranın Yaxın Şərqdə yaratmağa çalışdığı sülh, sabitlik və əməkdaşlıq atmosferindən ən çox faydalanacaq dövlətlər sırasındadır.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livan Prezidenti Cozef Aun ilə birgə mətbuat konfransında deyib.
Ərdoğan Ankaranın Beyruta bütün mümkün humanitar və texniki yardımı göstərməyə davam edəcəyini və Livan Silahlı Qüvvələrinin gücləndirilməsinə dair atılan addımları dəstəkləyəcəyini vurğulayıb.
O, regionda son eskalasiya mərhələsində 4300-dən çox livanlının öldürüldüyünü xatırladıb:
“Gərginliyin başlanğıcından bəri Ankara Livanda zorakılıq aktlarına ən sərt reaksiya verən ölkələrdən biri olub”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 30 İyul 2026 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















