Livan prezidenti Laricani ilə görüşdə İranı Livanın daxili işlərinə qarışmamağa çağırıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Livanda heç bir qruplaşma silah daşıya bilməz və xaricdən dəstəklənə bilməz.
APA “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bunu Livan prezidenti Cozef Aun İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşündə bildirib.
Livan prezidenti Livanın daxili işlərinə hər hansı bir xarici müdaxilənin qəbuledilməz olduğunu deyib.
O, ölkəsinin İranla əməkdaşlığa hazır olduğunu, lakin bunun Livanın milli suverenliyi və qarşılıqlı hörmətə əsaslanmalı olduğunu bəyan edib.
Əli Laricani İranın heç bir ölkənin daxili işinə qarırşmaq niyyətində olmadığını vurğulayıb və Tehranın Livanın suverenliyinə hörmətlə yanaşdığını qeyd edib.

Laricani: İran Livanın maraqlarını müdafiə etməyə hazırdır
13 Avqust 2025 14:05
XİN Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb
01 İyul 2025 17:27
Mirzoyan Lavrovu Ermənistanın daxili işlərinə qarışmamağa çağırıb
30 İyun 2025 14:30
İcma ABŞnin Dövlət katibini Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb
12 Dekabr 2024 09:54

