Icma.az
close
up
RU
“Liverpul” Azərbaycanda da dəstəkləndi, “The Guardian” Zubirə təşəkkür etdi “Qarabağ”ın və azarkeşlərinin Liverpul sərgüzəşti haqda...

“Liverpul” Azərbaycanda da dəstəkləndi, “The Guardian” Zubirə təşəkkür etdi “Qarabağ”ın və azarkeşlərinin Liverpul sərgüzəşti haqda...

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” Liverpula səfəri şəhərin eyniadlı təmsilçisi üçün xüsusi əhəmiyyət daşımasa da, ölkəmizdə gündəmi yetərincə zəbt etdi. Odu ki, biz də həm oyun günü, həm də matçdan sonra “Enfild”də və ətrafında baş verən hadisələri, habelə sosial şəbəkələri ağuşuna alan müzakirələri diqqətdə saxladıq, məlumat topladıq. Bu yazıda sizi həmin bilgilərlə tanış edəcəyik...

“Köhlən atlar” İngiltərədə böyük izdihamla olmasa da, sevgiylə qarşılandı. Azsaylı azarkeşləriylə görüşən komanda hər biriylə qucaqlaşdı, xatirə şəkilləri çəkdirdi, söhbət etdi. Futbolçular hiss etdi ki, Bakıdan 4157 km uzaqda olsalar da, tək deyillər. Tribunalarda isə daha çox azərbaycanlı tərəfdar var idi. Təxminən 1300 nəfər... Onlar əvvəlcədən qurulan plana uyğun olaraq, bir araya gəlib qrup halında stadiona yollandı. Yayılan görüntülərdən aydın oldu ki, əksəriyyəti “Liverpul”un matçdan bir neçə gün əvvəl satışa çıxardığı, bu oyuna həsr olunan şərflərdən alıb. Azərbaycan bayraqlarına bürünüb “Enfild”ə gələn tərəfdarlar Liverpul küçələrində “Qarabağ”ın şəninə təriflər dedi, bəstələr oxudu və elə stadionda da həmin ab-havanı yaratdı.
Rəqibinə hörmətlə yanaşan mersisaydlılar bizimkilərin tribunalara keçid etdiyi qapılara Azərbaycan dilində “Xoş gəldiniz, “Qarabağ” azarkeşləri” sözlərini yazmışdı. Bununla belə, komanda qollar buraxdıqca ruh düşkünlüyü yaşayan tərəfdarların üzgün üz cizgiləri diqqətdən yayınmadı. Təəssüf ki, həmin ərəfədə Qurban Qurbanov da həddən artıq məyus görünürdü. Heç şübhəsiz, əli-qolu yanına düşən mütəxəssis komandasının darmadağınının şahidi olmağı özünə sığışdırmaqda çətinlik çəkirdi...
“İmarət Avropa” və “Qarabağ Ordu” fanklublarının da yer aldığı sektorda 44-cü dəqiqədə ənənəvi “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndi. Öz aramızdı, sanki həmin vaxt “Enfild”də 60 minə yaxın “Liverpul” azarkeşi yox idi. Onlar sözün əsl mənasında sükut edib azərbaycanlıların şüarına qulaq asdı. Canlı efir zamanı da tez-tez “Qarabağ”, “Qarabağ” şüarları eşidilirdi. Təəssüf ki, nəticə belə canfəşanlığa uyğun olmadı.
Həmçinin xeyli azarkeşin bir gözü mobil telefonunda –Çempionlar Liqasının turnir cədvəlinin yeniləndiyi səhifələrdə idi. Orda “Qarabağ” 22 və 23-cü pillələr arasında var-gəl edirdi. İş ondadı ki, sosial şəbəkələrin Azərbaycan seqmentində “Liverpul”u dəstəkləyən futbolsevərlərin olduğunu da gördük. Hətta bu klubun formasını geyərək şəkillər çəkdirən və bunu izləyiciləriylə bölüşən həmyerlilərimiz də var idi. Ən çox izlənən videolar arasında Nəriman Axundzadəylə bağlı zarafat məqsədilə edilən paylaşımları da gördük. Gənc hücumçunun meydana daxil olduğu anda televizoru söndürən izləyicilər həmin anları da sosial şəbələ hesablarında yerləşdirdi.
Meydanda yaşanan maraqlı hadisəyə də mütləq yer verməliyik. Söhbət Ceremi Frimponqun zədələndiyi anda başverənlərdən gedir ki, həmin an hücum edən Zubir topu meydandan çıxardı. Bundan sonra Üqo Ekitike, Məhəmməd Salah və Kodi Qakpo “Qarabağ”ın futbolçusunun əlini sıxdı. İngiltərənin “The Guardian” nəşri də oyunla bağlı reportajında həmin hadisəni təsvir edərkən Zubirə minnətdar olduqlarını qeyd edib.
Oyun bitəndən sonra “Qarabağ”ın pley-offa vəsiqə qazandığı məlum oldu. Belədə azarkeşlər Liverpul küçələrində bayramn ab-havası yaratdı. Hətta bəziləri pirotexniki vasitələrdən istifadə etməkdən çəkinmədi. Kəsəsi, yaşıl meydanda məğlub olsaq da, məhz pley-offa qazanılan vəsiqə sayəsində 6 cavabsız qoldan çox az adam bəhs etdi. Həmin uğurun acınacaqlı şəkildə uduzan komandanın gözləntiləri qarşılamaması kimi ciddi məqamı kölgədə qoyduğu aydındı.
Hər halda, “Qarabağ” artıq Çempionlar Liqasının 1/16 final mərhələsindədi! İrəli baxmaqdan, pley-off oyunlarına daha yaxşı hazırlaşmaqdan başqa yol yoxdu. Qurban Qurbanov da tez-tez iki oyundan ibarət mərhələlərə komandanı hazırlamağın daha münasib olduğunu deyir. Lap yaxşı, təcrübəli çalışdırıcının əlinə məhz belə fürsət düşüb. Bu başqa məsələ ki, PSJ də “Nyukasl” da yetərincə güclü rəqibdi.
Qarşıdakı günlərdə "köhlən atlar”ın “Nyukasl”a qarşı oyununda yaşananlarla tanış olacaqsız. “Liverpul”la oyun isə uzun illər xatırlanacaq. Tarixi nailiyyət də, biabırçı məğlubiyyət də!
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Yanvar 2026 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri