“Liverpul” niderlandlı futbolçu ilə şəxsi razılıq əldə edib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 13 may, AZƏRTAC
İngiltərənin “Liverpul” komandası sabiq futbolçusu Trent Aleksander-Arnolda əvəzləyici tapıb.
AZƏRTAC xəbər verir ki, “qırmızılar” Almaniya təmsilçisi “Bayer”də çıxış edən müdafiəçi Ceremi Frimponqla şəxsi razılıq əldə edib. Bu barədə tanınmış insayder Nikolo Şira məlumat yayıb.
Onun sözlərinə görə, 24 yaşlı oyunçu Liverpul klubu ilə 2030-cu ilin yayınadək müqavilə imzalayacaq.
Qeyd edək ki, Ceremi Frimponq bu mövsüm "Bayer”in heyətində bütün turnirlərdə 48 oyun keçirib, 5 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında yekunlaşacaq.

“Borussiya”nın futbolçusu İngiltərə klubu ilə şəxsi razılıq əldə edib AZƏRTAC
06 Yanvar 2025 16:29
Niderlandlı futbolçu Liverpul və Barselonanın maraq dairəsinə düşdü
21 Mart 2025 11:55
Liverpul rəhbərliyi Nunyeslə bağlı qərarını qətiləşdirdi Razılıq əldə edildi
22 Aprel 2025 22:46
Liverpul bu futbolçu ilə maraqlanır
04 Dekabr 2024 14:00
“Liverpul” türkiyəli futbolçu ilə maraqlanır
09 Dekabr 2024 13:39

