Liverpul un hücumçusu növbəti mövsümə harada başlayacaq? Maaşı açıqlandı
Icma.az bildirir, Fanat portalına istinadən.
"Liverpul"un uruqvaylı hücumçusu Darvin Nunyesin növbəti mövsümə harada başlayacağı açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış jurnalist və insayder Nikolo Skira yayıb.
Məlumata görə, Nunyes son İtaliya çempionu "Napoli" ilə razılığa gəlib. Cənubi amerikalı ön xətt oyunçusunun Neapol təmsilçisi ilə illik 5 milyon avro maaş qarşılığında müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə bağlamaq variantına "hə" dediyi bildirilib. Mənbə hazırda klubların öz aralarında danışıqları davam etdirdiyini və transfer məbləğini müəyyənləşdirməyə çalışdıqlarını vurğulayıb.
Sözügedən futbolçu "Liverpul"a 2022-ci ildə, 75+25 milyon avroya transfer olunub. Ötən mövsüm İngiltərə Premyer Liqasında 30 matça çıxan Darvin 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 25 İyun 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















