“Liverpul”da yeni hədəf
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Real Sosyedad”ın futbolçusu Takefuso Kubo karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Liverpul” yaponiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “TeamTalk” portalı məlumat yayıb. Mersisayd klubu yay transfer dönəmində oyunçu üçün danışıqlara başlamağı planlaşdırır.
23 yaşlı yarımmüdafiəçi bu mövsüm 43 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə edib.

