“Liverpul”un ulduzu 750 min avroya unikal “Lamborghini” aldı VİDEO
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
İngiltərənin “Liverpul” futbol komandasının hücumçusu Uqo Ekitike bahalı avtomobil alması ilə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, 24 yaşlı fransalı futbolçu təxminən 750 min avro dəyərində qiymətləndirilən “Lamborghini Revuelto” superkarına sahib olub.
Avtomobil Ekitikenin şəxsi istəyinə uyğun olaraq tamamilə fərdi dizaynda hazırlanıb. Mat ağ rəngli kuzov, karbon lifindən hazırlanmış detallar, xüsusi təkər diskləri və salonun fərqli tərtibatı onu standart modellərdən ayırır. Bu dizayn konfiqurasiyasının dünyada yeganə olduğu bildirilir.
“Lamborghini Revuelto” texniki göstəriciləri ilə də diqqət çəkir. Avtomobil 6,5 litrlik V12 mühərriki və üç elektrik mühərriki ilə birlikdə 1015 at gücü hasil edir. Superkar saatda 100 km sürətə cəmi 2,5 saniyəyə çatır, maksimal sürəti isə 350 km/saatı ötür.
Qeyd edək ki, Ekitike 2026-cı ilin aprelində PSJ ilə Çempionlar Liqası matçında aldığı ağır zədədən sonra yaşıl meydanlardan uzaqdır. Fransalı hücumçu hazırda bərpa prosesini davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 03 Noyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















