LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 10 iyun, AZƏRTAC
Mayeləşdirilmiş təbii qaz (LNG) ötən il Avropa qitəsində əsas qaz mənbəyi kimi rolunu gücləndirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq LNG İdxalçıları Assosiasiyasının (GIIGNL) illik hesabatında deyilir.
“Ötən il Avropada LNG idxalı 28 milyon ton artıb ki, bu da boru kəməri qaz təchizatının azalması, aşağı saxlama səviyyəsi və elektrik enerjisi sektorunda yüksək tələbatla bağlıdır. Yaxın Şərq və Afrikada isə LNG idxalında ən sürətli artım qeydə alınıb ki, bu da əsasən Misirin mayeləşdirilmiş təbii qaz idxalına başlaması ilə bağlıdır. Ötən il Asiyada LNG idxalı 11 milyon ton azalıb. Bu azalmada Çindən qaynaqlanan amillər əsas rol oynayıb. Belə ki, Çinin LNG idxalı ötən il əvvəlki illə müqayisədə 15 faiz azalıb ki, bu da Rusiyadan boru kəməri qazı idxalının və daxili istehsalın artması ilə əlaqədardır. Mayeləşdirilmiş təbii qaz idxalı Yaponiyada 0,5 faiz, Hindistanda isə 6,3 faiz azalıb, Koreya Respublikasında isə 4 faiz artıb. Su elektrik stansiyalarının bərpası və boru kəməri qazının mövcudluğu LNG tələbatını azaltdığı üçün Amerika qitəsindən idxal azalıb”, - deyə hesabatda qeyd olunur.
Bildirilir ki, 2025-ci ildə qlobal miqyasda LNG təchizatındakı artıma isə ABŞ rəhbərlik edib. Yeni layihələrin başlaması ilə ixracda əhəmiyyətli artım müşahidə olunub, eyni zamanda, Kanada, Mavritaniya və Seneqaldakı layihələrdən bazara yeni təchizatlar da əlavə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 10 İyun 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















