Icma.az
close
up
RU
Lökbatan dairəsində qadağa, şəhərdə tıxac artımı

Lökbatan dairəsində qadağa, şəhərdə tıxac artımı

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

İşimlə əlaqədar olaraq vaxtaşırı rayonlara gedib gəlirəm. Rayondan qayıdarkən adəti üzrə Lökbatan dairəsində düşürəm. Ötən ayadək hər şey qaydasında idi.

Bazar günü adətim üzrə Bakıya qayıdanda (etika xatirinə yeri yazmıram) adətim üzrə sürücü köməkçisinə əl baqajımı sağ tərəfə qoymağı xahiş etdim. Məlumat üçün deyək ki, asanlıq olsun deyə, avtobusların sağ tərəfinə Lökbatadnda düşənlərin, sola isə Avtovağzalda düşənlərin yükləri yerləşdirilir. Lakin, bu dəfə sürücü köməkçisi bildirdi ki, yükün sağa və ya sola qoyulmasının fərqi yoxdur: “Artıq Lökbatan dairəsində dayanmağa icazə verilmir. AYNA-nın maşınları 3 sürücüyə dayanma-durmaya görə cərimə yazdığı üçün heç kim burada dayanmır”.

Etiraz etmədim və Avtovağzalda düşərək 10 kilometrdən çox yolu geriyə, Lökbatana qayıtdım. Beynimdə yol boyu belə bir sual dolaşırdı: Lökbatan dairəsində dayanma-durma haqlı olaraq qadağan edilib. Çünki şəhərdaxili avtobusların yerini taksilər tutduğu üçün əməlli-başlı problem olurdu. Lakin rayondan gələn avtobuslar dairədən təxminən 100-150 metr geridə dayanır və bu da hərəkətə heç bir maneə törətdmir. Bir rayon avtobusunun dayanıb sərnişin düşürməsinə sərf edilən vaxt heç 5 dəqiqəyə çatmır. Amma Bakıya avtobusla gələnlərin təxminən 30 faizi Lökbatan dairəsində düşür. Səbəb aydındır: ticarət mərkəzlərinə, Lökbatana, Səbayıla, Azneft və 28 May ərazisinə buradan ya piyada, ya da cəmi 1 avtobusla rahat getmək mümkündür. Avtovağzaldan Səbayıla  gəlmək üçünsə metroda 2 dəfə qatar dəyişmək, sonra isə avtobusla yola davam etmək lazımdır. Digər tərəfdən, Lökbatan dairəsindən Şıxova avtobusla uzağı 15 dəqiqəyə getmək mümkündürsə, Avtovağzaldan qayıtmağa azı 1 saat tələb olunur.

Bəs rayon avtobuslarına dayanma-durma qadağası tətbiq edənlər bu addımla hansı fəsad yaradırlar? 

Əvvəla, vətəndaş narazı salınır, əlavə xərcə düşür. Ən əsası, avtovağzala gələn hər bir artıq sərnişin bu ərazidə ictimai nəqliyyatın əlavə yüklənməsi demədir. Əl baqajı olan sərnişinlərin taksiyə tələbatı artdığı üçün ərazidə tıxac da intensivləşir. Binə ticarət mərkəzinə, yaxud Lökbatana gedən şəxsi şəhərin içinə aparıb sonra da geriyə qayıtmağa vadar etmək hansı təfəkkürün məhsuludur? 

Bu qərarda niyyətin nə olduğunu bilməsəm də, bir şey məlumdur: qadağa həm tıxacları artırır, həm də Bakının ekoloji vəziyyətini pisləşdirir.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Dekabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri