Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Lökbatanda şərab mağazasının müdiri bıçaqlandı TƏFƏRRÜAT

Lökbatanda şərab mağazasının müdiri bıçaqlandı TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Qaradağ rayonunda 1992-ci il təvəllüdlü Fuad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Orxana xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Bakı şəhər sakini Fuadın əvvəllər satıcı işlədiyi “Cheers Alcostore” adlı şərab mağazasının kassasından sonradan yerinə qoymaq niyyətilə 10 manat pul götürməsinin mağaza müdiri Orxan tərəfindən aşkarlanıb. 
Fuad həmin məsələyə aydınlıq gətirilərkən Orxan onu oğurluqda ittiham etməsinə görə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində işdən çıxdıqdan sonra Orxanla yenidən görüşüb və onu oğru adlandırmasına görə cəzalandırmaq qərarına gəlib. 
Fuad niyyətini həyata keçirmək məqsədilə ötən ilin martın 27-də, saat 19 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Cheers Alcostore” şərab mağazasının qarşısına gəlib və orada Orxanla mübahisəsini davam etdirib. Orxanın növbəti dəfə onu mağazadan oğurluq etməkdə ittiham etməsindən hiddətlənib və özü ilə gətirdiyi bıçaqla onun bədəninə iki zərbə vurub. 
Hadisəni törədən Fuadın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Fuad ona elan olunmuş Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Lökbatan qəsəbəsində yerləşən “Cheers Alcostere” mağazasında satıcı vəzifəsində işləyib: “Zərərçəkmiş Orxan mənim müdirim olum. Aramızda iş müddəti ərzində hər hansı bir problem olmayıb. Lakin müəyyən müddətdən sonra aramızda münaqişələr yarandı. Orxan məni oğru kimi təqdim etdi. Mən oğurluq etmədiyimi ona sübut etməyə çalışdım”.
Təqsirləndirilən şəxs bildirib ki, martın 26-da Orxanla aralarında sözlə mübahisə baş verib: “Orxan məni kassadan 10 manat pul oğurlamaqda ittiham etdi. Ertəsi gün Orxana mesaj yazaraq kassadan pul götürmədiyimi bildirdim. Orxan isə məni bir daha oğru adlandırdı. Həmin gecə səhərədək stressdən yata bilmədim. Orxan məni dəfələrlə oğurluq etməkdə ittiham edib.  Mən artıq bu hallara dözə bilmədim və işdən ayrıldım. Orxana mesaj yazaraq ona oğru olmadığımı və bunu sübut etmək istədiyimi bildirdim. Pulların xərclənməsi ilə bağlı hesab-kitab dəftəri olub. Bu səbəbdən Orxana kassada problem olan günün videogörüntüsünün axırına da baxmasını təklif etdim. Çünki götürdüyüm 10 manatı həmin kitabda qeyd etmişdim. Orxan isə mənimlə razılığa gəlmək istəmədi.  Orxanı görüşə çağırdım və bu zaman üzərimdə bıçaq da olub. Məqsədim Orxanı vurmaq yox, sadəcə qorxutmaq olub. Əməlimdən peşmanam və onunla barışmışam”. 
Fuadın bildirdiyinə görə, mağazaya gələndə orada Orxandan başqa kimsə olmayıb: “Hadisə baş verən zaman ətrafda kiminsə olub-olmadığına fikir verməmişəm. Orxan mənə söyüş söyüb. Orxanı həmin mağazanın qarşısında bir bıçaq zərbəsi ilə vurmuşam. Məhkəmənin diqqətinə çatdıram ki, baş vermiş hadisəyə görə əməlimdən olduqca peşmanam. Buna görə də hər gün özümü, öz vicdanım qarşısında mühakimə edirəm. Orxanın mağazasında işləyərkən yanlışlığa yol verməmişəm. Mənə qarşı göstərilən münasibəti haqq etmədiyimi sübut etmək istəyərkən anidən bu hadisə baş verib. Səhvimi anlamışam və Orxandan üzr istəmişəm, onunla barışmışam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Orxanın sözlərinə görə, təqsirləndirilən Fuadla aralarındakı mübahisə sonuncunun satıcı, özünün isə müdiri olduğu mağazada hesablarda olan sayım ilə əlaqədar baş verib: “Pulun miqdarında çatışmazlıq yarandı. Yoxlama zamanı Fuad xəbərsiz şəkildə 10 manat pulu kassadan götürdüyü müəyyən edildi. Bu səbəbdən Fuad özü işdən çıxmaq qərarına gəldi. Mənim Fuadı işdən çıxarmaq niyyətim olmayıb. Fuad pulu dəftərə qeyd etməklə götürdüyünü bildirdi. Götürdüyü 10 manat pulu yerinə qoyacağını  bildirdi. Mən isə Fuadın bu sözünə inanmadım. Fuadın həmin pulu dəftərə sonradan qeyd etdiyini gördüm. Bu səbəbdən də, bir daha belə halların təkrarlanmamasını  bildirdim”. 
Zərərçəkmiş bildirib ki, daha sonra Fuad artıq onunla işləmək istəmədiyini, işə gəlməyəcəyini deyib və sonra mağazadan gedib: “Həmin günün səhəri günorta saatlarında Fuad zəng edərək görüşmək istədiyini dedi. Mən işdə olduğumdan rahat danışa bilmədiyim üçün telefonda görüşün məqsədini soruşmadım. Daha sonra Fuad axşam saatlarında zəng edərək görüşmək istədi. Mağazada tək olduğum üçün çox uzaqlaşa bilmədim. Fuad mağazanın qarşısına gələn zaman çölə çıxdım. Biz söhbət edən zaman narazılıq yarandı. Fuad cibindən bıçaq çıxararaq mənə doğru zərbələr endirməyə başladı. Daha sonra yaralandığımı gördüm. Mağazada tək olduğum üçün mağazadan çox uzaqlaşa bilmədim. Fuada qarşı hər hansı söyüş və ya təhqir işlətməmişəm. Sadəcə olaraq ona oğurlanmış pulla bağlı iradımı bildirmişəm”. 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fuad Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyun 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri