London metrosunun işçiləri tətilə başlayıblar
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Böyük Britaniyanın paytaxtı Londonda metro sürücülərinin tətili başlayıb. Bu, cari həftə ərzində keçirilməsi planlaşdırılan iki tətil aksiyasından birincisidir. Növbəti tətilin iyunun 4-də baş tutacağı gözlənilir.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, tətil aksiyası Dəmir Yolu, Dənizçilik və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı tərəfindən təşkil olunub. Həmkarlar ittifaqı daha intensiv dördgünlük iş qrafikinin tətbiqinə etiraz edir.
Tətil səbəbindən Londonun ən işlək metro xətlərinin bəzilərində qatarların hərəkəti tam dayandırılıb.
Məlumata görə, “Transport for London” ilə Dəmir Yolu, Dənizçilik və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı arasında aparılan danışıqlar tərəflər arasında fikir ayrılıqlarını aradan qaldırmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 02 İyun 2026 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















