Venesuela müxalifətinin lideri sürgündən qayıtdı
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Venesuela müxalifətinin lideri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado təxminən 1 illik sürgündən sonra ölkəsinə qayıdıb. Onu paytaxt Karakasda on minlərlə vətəndaş qarşılayıb.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Oktyabrın 25-də axşam saatlarında Maçadonun avtomobil karvanı paytaxta daxil olarkən o, “Bu ölkə hamıya dərs verir!” – deyə səslənib.
Eks-prezident Nikolas Maduro devriləndən sonra keçirilən prezident seçkilərində Maçadonun namizədliyini irəli sürməsinə icazə verilməyib. Nobel Sülh Mükafatı laureatı ölkədən 10 ay uzaqda olub. Bundan əvvəlki dövrdə isə mübahisəli seçkilərdən sonra gizlənmək məcburiyyətində qalıb.
Maçado “X” sosial şəbəkəsində paylaşım edərək yazıb:
“Reuters”ə məlumatlı mənbənin bildirdiyinə görə, Maçadonun ölkəyə qayıtması ABŞ, Panama və Kolumbiya hökumətləri ilə razılaşdırılıb. Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp onun qayıtmasını təsdiqləyib və prosesin gedişi barədə məlumatlandırılıb.
Bununla belə, Tramp oktyabrın 25-də Ağ Evdə jurnalistlərə açıqlamasında Maçadonun qayıdışından xəbərsiz olduğunu bildirib. O, həmçinin ABŞ-ın Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigesi dəstəkləməyə davam edəcəyinə işarə edib.
“Çox yaxşı qadındır. Venesuelada hər şeyimiz çox yaxşıdır”, – deyə Tramp bildirib.
Xatırladaq ki, bu ilin əvvəlində ABŞ hərbçiləri Venesuela Prezidenti Nikolas Maduronu saxlayaraq ABŞ-yə aparıblar. Hazırda ölkə prezidentinin səlahiyyətlərini Delsi Rodriges icra edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 26 Oktyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















