Londona iyulun sonunadək vaxt verildi
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Mavriki hökuməti Çaqos arxipelaqının ölkənin nəzarətinə qaytarılması ilə bağlı Böyük Britaniya ilə aparılan danışıqların iyulun sonuna qədər yekunlaşacağına ümid edir.
"Ölkə.az" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Mavrikinin baş prokuroru Qevin Qlover bildirib ki, razılaşma ətrafında proses hələ də davam edir.
Qeyd edilib ki, ABŞ Prezidenti Donald Trampın etirazlarından sonra dayanmış müzakirələr fonunda Britaniya nümayəndələri yenidən fəallaşaraq Mavriki Baş naziri Navin Ramqulamla görüş keçiriblər. Bu, fasilədən sonra baş tutan ilk belə təmasdır.
Sözügedən razılaşmaya əsasən, Çaqos arxipelaqı üzərində suverenliyin Mavrikiyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, Dieqo-Qarsiya adasında yerləşən ABŞ və Böyük Britaniyanın birgə hərbi bazasının fəaliyyətinin davam etdirilməsi planlaşdırılır.
Qlover qeyd edib ki, ABŞ administrasiyasının bu prosesə yaşıl işıq yandırıb-yandırmayacağı hələ də qeyri-müəyyəndir.
Onun sözlərinə görə, Mavriki tərəfi iyulun sonuna qədər gözləmək niyyətindədir: “Bu müddət ərzində vəziyyətə aydınlıq gəlməzsə, hökumət Böyük Britaniyadakı inkişaflardan asılı olaraq növbəti addımlarını müəyyən edəcək".(Publika.az)
Baxış sayı:100
Bu xəbər 24 Aprel 2026 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















