Londonda festivalda izdiham: 20 dən çox yaralı var
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Qana mədəniyyəti festivalında yaranan izdiham nəticəsində 20-dən çox nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Axar.az xəbər verir ki, bu barədə BBC London polisinə istinadən məlumat yayıb.
Hadisə avqustun 1-i axşam saatlarında şəhərin şimalındakı Barnet rayonunda təşkil olunan "Ghana Party in the Park" festivalında baş verib.
Məlumata görə, açıq havada keçirilən tədbirin giriş hissəsində yanğın baş verdiyi üçün əraziyə giriş müvəqqəti məhdudlaşdırılıb. Qapılar yenidən açıldıqdan sonra insanların kütləvi şəkildə içəri daxil olmağa çalışması izdihama səbəb olub.
Nəticədə 20-dən çox şəxs xəsarət alıb. Onlardan üçü xəstəxanaya çatdırılıb və həkimlər onların həyatına təhlükə olmadığını bildiriblər.
Təhlükəsizlik səbəbindən festival vaxtından əvvəl dayandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 02 Avqust 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















