Icma.az
close
up
RU
Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

London, 14 iyun, AZƏRTAC

Hər il iyun ayında Britaniyada monarxın “rəsmi ad günü” tədbiri olan “Tropping The Colour” bu il də təntənəli şəkildə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir saat 10:30-da Kral Çarlz III, Kraliça Kamilla və kral ailəsi üzvlərini daşıyan fayton kortejinin Bukinqem Sarayından yola düşməsi ilə başlayıb. Taxtın varisi Uels Şahzadəsi Uilyam, Edinburq hersoqu Şahzadə Eduard və Şahzadə Anna kortejin önündə yürüş edib.

Kortej Bukinqem Sarayından at mühafizəçilərinin kazarmalarına doğru hərəkət edib. Təntənəli yürüşdə 1400-dən çox əsgər, 200 at və 400 musiqiçi iştirak edib. Parad zamanı Kral və ailə üzvləri qara lentlər taxıblar. İyunun 12-si Əhmədabadda baş verən “Air India” təyyarə qəzasında həyatını itirən 241 nəfərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bu il tədbir ekoloji yeniliklə də yadda qalıb. Hərbi şoudan sonra RAF-a aid “Red Arrows” akrobatik qrupu bioyanacaqla rəngli “flypast” təqdim edib.

Tədbirin son mərhələsində kral ailəsinin üzvləri, Kral və Kraliça, Uilyam və Keyt uşaqları ilə, eləcə də Şahzadə Ana, Şahzadə Eduard və digər işlək krallıq üzvləri Bukinqem Sarayının balkonuna çıxaraq izdihamı salamlayıblar.

Qeyd edək ki, Britaniya monarxları iki doğum günü keçirirlər. Britaniya monarxının doğum günü rəsmi olaraq “Trooping The Colour” tədbiri ilə hər ilə iyun ayındakı şənbə günlərindən birində keçirilir. Monarxın doğum günü isə ailə arasında qeyd edilir. Kral Çarlz 14 noyabr 1948-ci ildə dünyaya gəlib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyun 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri