Icma.az
close
up
RU
Tərəflər bir birinə inanmır

Tərəflər bir birinə inanmır

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-İranarasında razılaşmanın mümkünlüyü hələ də qalır. Xarici ekspertlərin fikrincə, danışıqlar davam edə bilər və tərəflər arasında sülh əldə olunma ehtimalı da istisna deyil.

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, İranla atəşkəs barədə düşünəcək.

“İranın nüvə silahı ola bilməz, biz oyun oynamırıq. Nə olacağını görəcəyik. Biz yalnız yaxşı bir razılaşma əldə edəcəyik. İnanıram ki, bu və ya digər şəkildə, bu, Amerika xalqı və əslində, İran xalqı üçün çox yaxşı olacaq. Biz bunu dinc yolla və ya başqa şəkildə qazanacağıq”, - deyə Tramp əlavə edib. İran Prezidenti Məsud Pezeşkian isə paytaxt Tehranda bir qrup təhlükəsizlik rəsmisi ilə görüşündə deyib ki, ABŞ və İsrail üzərində qazanılan qələbə xalqın maraqlarını qoruyan diplomatik addımlarla tamamlanmalıdır.

Pezeşkian İranın düşməninə etibar etmədiyini, lakin milli maraqların və milli şərəfin qorunmasına əsaslanan danışıqlara açıq olduğunu bildirib.

O, eyni zamanda əlavə edib ki, İran xalqının xeyrinə olan razılaşmaya əməl edəcəklər.

Bu arada Tramp İranın razılaşma ilə bağlı göndərdiyi təklifi "qəbuledilməz" adlandırıb. O, bu barədə sosial media platforması TruthSocial-da yazıb.

"Mən indicə sözdə "İran nümayəndələri"nin cavabını oxudum. Mənə bu xoş gəlmir - tamamilə qəbuledilməzdir!", - o yazıb.

"The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ tərəfinə cavabında rəsmi Tehran nüvə obyektlərini sökməkdən imtina edib və Vaşinqtonun tələb etdiyindən daha qısa müddətə uranın zənginləşdirilməsinə moratorium təklif edib. Nəşrin mənbələrə istinadən verdiyi məlumata görə, eyni zamanda İran hakimiyyəti zənginləşdirilmiş uranı üçüncü ölkəyə verməyə razılaşıb, lakin danışıqlar uğursuz olarsa, onun geri qaytarılması üçün zəmanət tələb edib.

Tehran Hörmüz boğazını kommersiya gəmiçiliyi üçün mərhələli şəkildə açmağı təklif edib. Lakin İslam Respublikasının hakimiyyəti bu prosesin ABŞ-ın İran gəmiləri və limanlarına qarşı blokadasının qaldırılması ilə eyni vaxtda başlamalı olduğunu israr edir.

"Fars" agentliyi isə mənbəyə istinadən məlumat yayıb ki, İran ABŞ-la danışıqların bərpası üçün beş şərt irəli sürüb.

Məlumata görə, İran tərəfinin irəli sürdüyü şərtlər bunlardır: Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi, dondurulmuş İran vəsaitlərinin sərbəst buraxılması, müharibə nəticəsində dəyən ziyana görə kompensasiyanın ödənilməsi, İranın Hörmüz boğazı üzərində suveren hüquqlarının tanınması.

Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Çingiz Şahbazi deyib ki, hazırkı mərhələdə cərəyan edən proseslər onu göstərir ki, əsas fikir ayrılığı artıq yalnız nüvə proqramı ilə bağlı deyil, bu həm də regional təhlükəsizlik və enerji marşrutları üzərində nəzarətin həyata keçirilməsi uğrunda mübarizə cəhdləridir. ABŞ Administrasiyası İranın zənginləşdirməni tam olaraq dayandırmasını və əsas nüvə obyektlərinin sökülməsini şərt olaraq irəli sürüb. ABŞ bunu, özünün qırmızı xətti olaraq saxlayır. İran isə bunu özünün suverenlik məsələsi hesab edir və yalnız müvəqqəti moratorium, beynəlxalq nəzarət və uranın üçüncü ölkəyə verilməsi variantını şərtlər altında qəbul edir: “ABŞ İranın Fordo, Natanz və İsfahan kimi əsas nüvə obyektlərinin bağlanmasını tələb edir. Tehran bunun tam sökülməsini rədd edir və maksimum halda fəaliyyətinin məhdudlaşdırılmasını qəbul edə biləcəyini bildirib. Həmçinin zənginləşdirilmiş uranın üçüncü ölkəyə, əsas namizəd kimi Rusiyaya verilməsi ideyasını gündəmə gətirir. Tehran bunun yalnız qarşılıqlı zəmanətlər və ABŞ-ın razılaşmadan çıxmayacağı təqdirdə mümkün olacağını vurğulayır. İran tərəfi ABŞ-ın tələb etdiyi 20 illik zənginləşdirilmə moratoriumunu da qəbuledilməz hesab edir və 5-10 illik məhdudiyyət modelini təqdim edir. Bu baxımdan nüvə proqramı üzərində hüquqi-siyasi mübarizə, İrana görə bir dəfə razılaşmaya əməl etsə də, sonradan, 2015- ci ildə ABŞ-ın əldə olunan razılaşmadan çıxması ilə nəticələnməsini təkrar etmək istəmədiyini əsas götürərək, geri dönüş zəmanəti tələb edir”.

O, qeyd edib ki, uranın üçüncü ölkəyə verilməsi təklifi də əslində kompromis siqnalı olaraq irəli sürülüb. İran bununla, “tam imtina etmirəm, amma, nəzarətli şəkildə dondura bilərəm” deyir. ABŞ prezidenti Donald Tramp İranın bu cavabını tamamilə qəbuledilməz hesab edir. Çünki burda qeyd etdiyim kimi, İranın nüvə proqramının tam olaraq ləğvindən imtina etməsi və bütövlükdə texniki infrastrukturun sökülməsi irəli sürülüb. İran isə bunu kopitulyasiya kimi görür və nüvə texnologiyasından tam imtinanı, həm təhlükəsizlik, həm də texnoloji suverenlik məsələsi olaraq qeyd edir. Tarixdə belə nümunələr var və İranda da başa düşürlər ki, Liviyanın keçmiş prezidenti Müəmmar Qəddafinin ölümü, məhz onun nüvə proqramından imtina etməsindən sonra, onun zəifləməsi ilə başladı. Şimali Koreya isə nüvə proqramını saxladığı üçün xarici müdaxilədən ölkəsini qoruya bilir. Bu baxımdan İranın müvəqqəti dondurma planı nüvə potensialını aradan qaldırmır. Sadəcə onu ləngidir. Belə bir vəziyyətdə İran istənilən vaxt proqramı yenidən öz normal axarına döndürə bilər: “Hörmüz məsələsi isə ayrıca danışıqlar prosesi kimi davam edəcək kimi görünür. İran boğazı mərhələli şəkildə kommersiya gəmiləri üçün açmağa hazır olduğunu bəyan edir, lakin bunun paralel olaraq ABŞ blokadasının yumşaldılması ilə birlikdə aparılmasını istəyir. Hörmüz boğazı İranın əsas geosiyasi kartı və strateji təsir alətidir. İran anlayır ki, enerji bazarları buna ciddi reaksiya verirlər və neft qiymətlərinin artması və tanker daşımalarının minimum səviyyəyə çatması ABŞ-ı müttəfiqləri qarşısında və prezident Trampı isə öz ölkəsində çətin duruma salır. Bu səbəbdən Tehran boğazı tam olaraq bağlanmasını istəmir və idarəolunan riskli zona olaraq istifadə etməyə üstünlük verir. Məqsəd ABŞ-a iqtisadi təzyiq göstərmək, Çin və Körfəz ölkələrini vasitəçiliyə məcbur etməkdir. Həmçinin sanksiyaların yumşaldılmasına nail olmağa çalışın İran, Hörmüz boğazından uzunmüddətli müharibə riskinin azalmasında əhəmiyyətli dərəcədə istifadə etməyi bacarır. Hörmüz boğazı ABŞ iqtisadiyyatı üçün də risk yaradır və bu baxımdan ABŞ bu istiqamətdə İrana qarşı təzyiq mexanizmlərini artırmaqla məşğuldur və paralel olaraq danışıqlar prosesinin çökməməsi üçün də səy göstərir. Hər iki tərəf bir-birinə inanmır, desək yanılmarıq və bu səbəbdən etibar etməkdə problemlər yaşanır. İran ABŞ-a , sonradan yeni tələblər irəli sürəcək deyə güzəşt etməyi belə etibar etmir.ABŞ-da isə hesab edirlər ki, İran bu hərəkətləri ilə vaxt qazanmaq istəyir və bu müddətdə nüvə imkanlarını qoruyur və sairə. Bütün bunlar isə deməyə əsas verir ki, ABŞ-ın İrana qarşı hərbi və siyasi-iqtisadi təzyiqləri davam edəcək. İran isə öz növbəsində Hörmüz, enerji bazarı və regional gərginlik kartından istifadə edəcək. Bu səbəbdən yaxın vaxtlarda tərəflər arasında məhdud çərçivə sazişi imzalana bilər və ya kontrollu eskalasiya ehtimalı yüksək görünür”.

Politoloq Aydın Tağıyev isə deyib ki, Donald Trampın “sülh masası”na dair iddiaları göstərir ki, Vaşinqton hərbi təzyiqin nəticə vermədiyi nöqtədə diplomatiyanı önə çıxarmağa çalışır. Lakin bu diplomatiya klassik kompromis deyil, daha çox təzyiq diplomatiyasıdır. ABŞ İranı masaya oturtmaqla yalnız müharibəni dayandırmaq deyil, həm də nüvə proqramını tam nəzarətə götürmək istəyir: “Hesab edirəm Tramp diplomatiyanı “qalibiyyət görüntüsü” yaratmaq üçün istifadə edir. Döyüş meydanında tam nəticə ala bilmədiyi üçün masada üstünlük kartı kimi uranı gündəmə gətirir.

Yekunda onu deyə bilərəm ki, Tramp döyüş meydanında bacarmadığını diplomatiya ilə həll etməyə çalışır. Lakin İranın uranı birbaşa ABŞ-a təhvil verməsi real görünmür. Ən yaxşı halda, kompromis model beynəlxalq nəzarət, mərhələli dondurma və ya üçüncü tərəfə ötürmə gündəmə gələ bilər”.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 May 2026 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert “90 illik irs”

24 May 2026 01:53see358

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see222

Azərbaycanlı diplomat İranda həlak oldu

23 May 2026 22:46see209

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see202

Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib FOTO

23 May 2026 20:08see200

Atmosferin yuxarı hissəsi niyə daim soyuq olur? Sirr açıldı

24 May 2026 06:52see197

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see197

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see188

8 saatdan çox yatanlar vaxtından tez qocalır Alimlər təsdiqlədi

24 May 2026 07:00see183

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

23 May 2026 21:03see182

Bağırsaq sağlamlığını necə qorumaq olar...

23 May 2026 21:25see175

Elvin Nəcəfzadə yeniyetmələr arasında Avropa çempionudur

23 May 2026 21:49see173

Milyon avroluq avtomobilləri oğurladılar

25 May 2026 01:58see172

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

24 May 2026 10:40see165

İranın blokadasında iştirak edən ABŞ hərbçilərinin sayı AÇIQLANDI

23 May 2026 19:53see164

May ayının sonuna qədər sərvət qazanacaq BÜRCLƏR

25 May 2026 00:04see164

KİV: ABŞ İran sazişinin layihəsi zənginləşdirilmiş uran məsələsini həll edə bilmir

24 May 2026 07:58see158

Fərid Quliyev: WUF13 çərçivəsində təşkil olunan konsertdə Azərbaycan musiqisinin zənginliyi təqdim edilib

23 May 2026 19:01see158

Qaş aldırmaq hansı hallarda günah sayılır?

24 May 2026 07:20see158

Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR

24 May 2026 16:50see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri