Xəzər geri çəkilməyə davam edir Yeni adalar böyüyür
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Xəzər dənizi geri çəkilməyə davam edir.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, “Yeni delta 2026” kompleks dəniz elmi-coğrafi ekspedisiyasının apreldə başa çatan tədqiqatları bu faktı bir daha təsdiqləyib.
Məlumata görə, tədqiqatlar Volqa-Xəzər dəniz gəmiçilik kanalının və Xəzərin şimal hissəsinin akvatoriyalarında aparılıb.
Tədqiqatlar nəticəsində müəyyən olunub ki, Xəzər dənizində mövcud və yeni formalaşan adalar böyüməkdədir. Belə ki, Çistaya Banka adasının sahəsi 2019-cu illə müqayisədə iki dəfə artıb. Tbilisi dayazlığının yerində əmələ gələn ada isə ötən illə müqayisədə üç dəfə genişlənib.
Ekspedisiya iştirakçıları Xəzərin şimalında axının sürətini və istiqamətini ölçmək üzrə hidrofiziki işlər yerinə yetiriblər, laboratoriya şəraitində hidrokimyəvi göstəricilərin müəyyən edilməsi üçün nümunələr götürüblər.
“Hələlik bir şey aydındır - dənizin səviyyəsi düşməyə davam edir”, - ekspedisiyanın rəisi, Rusiya Okeanologiya İnstitutunun Xəzər filialının kiçik elmi işçisi İvan Yermakov bildirib.
Qeyd edək ki, ötən il Xəzərin şimalında aparılmış tədqiqatlar nəticəsində Srednyaya Jemçujnaya dayazlığında daha bir adanın əmələ gəldiyi müəyyən edilmişdi. Alimlər bu dayazlaşmanın regionun ekologiyasını qlobal dəyişikliklərlə təhdid etdiyi qənaətindədirlər.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:226
Bu xəbər 13 May 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















