Los Ancelesdə erməni saxlanıldı Azərbaycana deportasiya olunacaq FOTO
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Los-Ancelesdə Deportasiya və Saxlamalara Nəzarət İdarəsi (U.S. Immigration and Customs Enforcement – ICE/ERO) Azərbaycanda doğulmuş 45 yaşlı Rafael Vladimiroviç Sərkisyanın saxlanılması barədə məlumat yayıb.
Bakupost.az slavicsac.com saytına istinadən xəbər verir ki, qurumun məlumatına görə, Sərkisyan noyabrın 25-də həbs edilib. Hüquq-mühafizə orqanlarının “X” sosial şəbəkəsində bildirdiyinə əsasən, o, daha əvvəl nəzarət olunan maddə istehsalı, tikiliyə od vurma və heyvanlara qarşı qəddar rəftar ittihamları üzrə təqsirli bilinib.
ICE-in məlumatına görə, doğulduğu ölkə – Azərbaycana deportasiya olunacaq Rafael Sərkisyan hazırda Kaliforniyada nəzarət altındadır. O, “Adelanto Detention Facility” saxlanma mərkəzində saxlanılır.
Sərkisyan hazırda deportasiya prosedurunu gözləyir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Los Ancelesdə 378 etirazçı saxlanıldı
11 İyun 2025 10:06
Los Ancelesdə polis jurnalisti güllələdi FOTO
10 İyun 2025 18:30
Los Ancelesdə tunel çökdü
10 İyul 2025 16:15
Los Ancelesdə vəziyyət stabilləşib
10 İyun 2025 00:07
“Los Ancelesdə sürprizlə qarşılaşacağıq”
25 Aprel 2025 19:11
Baxış sayı:89
Bu xəbər 03 Dekabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















