Icma.az
close
up
RU
Lotereyadan rekord uduşlar Kimlər nə qədər qazandı?

Lotereyadan rekord uduşlar Kimlər nə qədər qazandı?

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər bir insanın xəyallarında gözlənilmədən milyonlarla pul qazanmaq arzusu var. Lotereya oyunları isə bu arzunu gerçəyə çevirmək üçün ən böyük fürsətlərdən biridir. Dünyanın müxtəlif ölkələrində keçirilən tirajlı lotereya oyunlarında milyonlarla insan şansını sınayır və bəziləri isə həyatlarını köklü şəkildə dəyişən böyük uduşlar qazanırlar. Azərbaycanda da bu oyunlara maraq böyükdür və zaman-zaman yerli iştirakçılar da gözlənilməz qələbələrə imza atıblar. Bu məqalədə dünya və Azərbaycan tarixində qazanılan ən böyük lotereya uduşlarını, onların sahiblərini və bu uğurun onların həyatına necə təsir etdiyini araşdıracağıq.

Tarixin ən böyük cekpotları

1-ci yer - 2 milyard dollar

2022-ci ilin noyabrında ABŞ-ın Powerball lotereyasında bütün dünyada rekord olacaq 2 milyard dollar uduş oynanılıb. Qalib isə Kaliforniyadan olan Edvin Kastro adlı şanslı sadə vətəndaş olub. O, şəxsi həyatını qorumaq üçün mükafatlandırma mərasiminə qatılmayıb, həmçinin təşkilatçılara pulları necə və hara xərcləyəcəyi barədə də heç bir məlumat verməyib. 

2-ci yer – 1,765 milyard dollar

2023-cü ilin oktyabrında Powerball-da 1,765 milyard dollarlıq cekpot oynanılıb. Xoşbəxt qalib ictimaiyyətə təqdim edilməsə də, onun Kaliforniya vətəndaşı olduğu dəqiqləşib. 

3-cü yer – 1,602 milyard dollar

Dünyanın 3-cü ən böyük udulan cekpotu 1,602 milyard dollar olub. 2023-cü ilin avqustunda MegaMillions lotereyasındakı bu uduşu qazanan Florida vətəndaşı mükafatını birdəfəlik 878 milyon dollar nağd ödəniş olaraq alıb. 

Avropa lotereyasında rekord uduş

Avropanın ən məşhur lotereyalarından biri olan EuroMillions-da da böyük uduşlar qeydə alınıb. Ən böyük cekpot 2022-ci ilin iyulunda Böyük Britaniyada oynanılıb və 230 milyon avro olub. Qalib anonim qalmağı seçib. 2020-ci ilə qədər maksimum uduş 190 milyon avro olub və bu məbləğ lotereyanın başladığı 2004-cü ildən bəri dörd dəfə qazanılıb. 
 

Çilingərlikdən milyarderliyə - Rusiyadakı bəxtəvərlər

Moskva ətrafında yaşayan Nadejda Bartoş övladlarının ona doğum günü münasibətilə aldıqları "Rus Lotto" biletindən 1 milyard rubl udaraq, Rusiyanın lotereya tarixində ən yüksək cekpot qazanmış şəxs kimi tarixə düşüb. 

Rusiyada ikinci lotereya milyarderi isə Nijni Novqoroddan olan çilingər Aleksandr Zemskov olub. Qalib olması xəbərinə inanmadığından düz 2 ay uduşunu rəsmiləşdirmək üçün Moskvaya gəlməyib. 

Azərbaycanda ən böyük cekpotlar

Ölkəmizdə lotoreya oyunları əsasən 90-cı illərin ortalarından populyarlaşmağa başlayıb. “Şeş Qoşa”, “Bəxt oyunu” “Səadət təkəri”, “Yeni binqo”, “Ailə sevinci”, “Piramida”, “Avto- şou”, “5/36”, “Taleh açarı” böyük marağa səbəb olaraq, dövrünün geniş yayılmış tirajlı lotereyalarına çevrilib. Bu lotereyalardan yüksək məbləğli cekpotlar, avtomobillər, mənzillər və yüzlərlə müxtəlif məişət əşyası qazananlar da az olmayıb. 

Qeyd edək ki, 2001-ci ildə “Azərlotereya” ASC-nin yaradılması ilə Azərbaycanda lotereya fəaliyyəti təkmilləşib, vətəndaşların hüquq və mənafelərinin qorunmasına, lotereyaların keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına başlanılıb. Bəs bu günə kimi ölkəmizdə ən böyük uduşlar qazanan həmin şanslılar kimlər olub? 

"4+4” tirajlı lotereyasında tarixi cekpot

Azərbaycanın lotereya tarixində ən böyük cekpot – 1 milyon manata yaxın məbləğlə Xaçmaz sakini Kamran Məmmədsəidova nəsib olub. O,“4+4” tirajlı lotereya oyununda 913 072 AZN qazanaraq yaddaşlarda qalıb. 

Həmin vaxt verdiyi müsahibədə “yuxuda bir milyon manat udduğumu görmüşdüm” deyən Kamran yenidən qalib olacağını inamla təkrarlayıb. ilə adını ölkənin ən bəxtəvər lotereya iştirakçısı kimi tarixə yazdırıb.

İnanmaq işin yarısıdır, deyirlər. Cəmi 2 ay kimi qısa müddət sonra Kamranın yuxusu çin olub. O, bu dəfə “Super Keno”da şansını sınayıb və böyük uduş – 100 000 manat qazanaraq milyonçu olmaq arzusuna çatıb.

Bəxtəvər qalib daha sonra verdiyi müsahibədə bu uduşu qazanacağını da bir neçə gün əvvəl yuxusunda gördüyünü deyib. Ondan “uğurunun sirri” barədə soruşduqda bunu inamla əlaqələndirib. “Digər oyunçulara nə tövsiyə edərdin?” sualına isə cavabında eyni rəqəmlərlə oynamağı məsləhət görüb. Özü də oyun strategiyasının eyni rəqəmlərlə oynamaq olduğunu açıqlayıb. Yeri gəlmişkən, Kamran Məmmədsəidov nə vaxtsa üçüncü dəfə də böyük uduş qazanacağına inandığını gizlətmir. Bunun reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək.


530 359 manatlıq cekpot

2023-cü ildə "4+4” tirajlı lotereyasında növbəti cekpot qazanılıb. 530 359 manatlıq cekpot Saatlı sakini 43 yaşlı Sakin Hüseynova qismət olub. Ara-sıra lotereyada bəxtini yoxlayan Sakin bəyə qonaq getdiyi Saatlıda şans üzünə gülüb. Sevincini bölüşən şanslı qalib qazandığı pulla özünə ev və avtomobil alacağını, övladının velosiped arzusunu yerinə yetirəcəyini bildirib. 


2024-cü ildə isə Qazaxda "Meqa 5/36" lotereyasından 425 364 manatlıq cekpot sahibini sevindirib.


Hazırda "Meqa 5/36" oyununu "Beşdə 5" lotereyası əvəzləyib. Bu oyunda 36 rəqəm arasından sevdiyin 5 rəqəmi seçərək hər gün 50 000 manat böyük uduş qazanmaq şansı var. Həmçinin “4+4” tirajlı lotereyasında 500 000 manatdan çox cekpot məbləği şanslı qalibini gözləyir.”Super Keno” oyununda isə böyük uduş 1 000 000 manatdır.

Xəyallarınızı reallaşdırmaq üçün elə indi addım ataraq lotereya bileti alın. Bəlkə də, növbəti bəxtəvər qalib sizsiniz. Şansınızı yoxlamaq üçün bundan gözəl səbəb nə ola bilər?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:501
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Yanvar 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri