Kuşner: Rusiya Ukrayna danışıqları olduqca çətin və mürəkkəbdir
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın kürəkəni və nümayəndəsi Cared Kuşner Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq məqsədilə aparılan danışıqları “olduqca çətin və mürəkkəb” adlandırıb.
Turkustan.az xəbər verir ki, razılığa gəlmək üçün tərəflərə təşviqlər və möhkəm danışıqlar mexanizminin lazım olduğunu bildirib.
Kuşner bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqlardan sonra təşkil olunan mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, Rusiya tərəfi danışıqlarda daha çox irəliləyiş əldə olunmasını istəyir. Kuşner tərəflər arasında münasibətlərin mürəkkəbliyinə diqqət çəkərək liderlər arasında böyük etimad və yaxınlığın olmadığını vurğulayıb.
O əlavə edib ki, əsas məqsəd tərəflərin kompromisə gəlməsi üçün ortaq yol tapmaqdır.
İki ölkə arasında şiddətli münaqişənin davam etdiyini xatırladan Kuşner bildirib ki, proses həm emosional, həm də son dərəcə mürəkkəb xarakter daşıyır.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 11 Noyabr 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















