Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
PSJ-nin baş məşqçisi Luis Enrike komandada əsas heyətlə bağlı yeni qərar qəbul edib.
QOL.az xəbər verir ki, bu barədə Fransanın “L’Équipe” nəşri məlumat yayıb.
Məlumata görə, Paris klubunda heç bir futbolçu üçün start heyətində yer zəmanəti olmayacaq. Enrike mövsüm ərzində davamlı rotasiyaya əl atacaq.
Bildirilir ki, Usman Dembele və Xviça Kvaratsxeliya kimi əsas futbolçular da zəif çıxış etdikləri halda fasilədə əvəzlənə, növbəti görüşlərdə ehtiyatda qala və ya istirahətə göndərilə bilərlər.
Məşqçinin bu siyasətində əsas istisnanın Vitinya olduğu qeyd edilir. Portuqaliyalı yarımmüdafiəçi Enrikenin oyun fəlsəfəsinin əsas fiqurlarından biri hesab olunur.
Luis Enrikenin məqsədi ulduz futbolçuları rahatlıq zonasından çıxarmaq və rəqiblər üçün gözlənilməzlik yaratmaqdır. Bununla belə, sərt rotasiyanın komanda daxilində narazılıq və aparıcı futbolçuların psixoloji yorğunluğu baxımından müəyyən risklər yaratdığı vurğulanır.
Mənbənin məlumatına görə, PSJ futbolçuları ümumilikdə Enrikenin bu yanaşmasını qəbul edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 20 Sentyabr 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















