Icma.az
close
up
RU
Lukaşenko Trampın ailəsinə nə hədiyyə edib?

Lukaşenko Trampın ailəsinə nə hədiyyə edib?

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampa Müqəddəs Nikolay Möcüzəyaradanın ikonunu hədiyyə edib.

Modern.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Məlumata görə, dekabrın 12–13-də Minskdə Aleksandr Lukaşenko ilə ABŞ nümayəndə heyəti arasında qapalı danışıqlar keçirilib. Danışıqlarda ABŞ tərəfinə prezident Donald Trampın xüsusi nümayəndəsi Con Koul rəhbərlik edib. Görüşlər zamanı verilən fasilədə Lukaşenko Con Koul vasitəsilə ABŞ prezidentinə və onun ailəsinə ünvanlanan hədiyyələri təqdim edib. Həmin anın görüntüləri Belarusun “Belarus 1” telekanalı tərəfindən yayımlanıb.

Aleksandr Lukaşenko təqdim etdiyi ikonaya toxunaraq bunun xristian dünyası üçün dəyərli bir rəmz olduğunu bildirib. Onun sözlərinə görə, Müqəddəs Nikolay Amerikada da xüsusi hörmətə malikdir və Donald Tramp bu müqəddəsi yüksək qiymətləndirir.

Bununla yanaşı, Lukaşenko ABŞ-ın birinci xanımı Melaniya Tramp üçün də hədiyyələr göndərib. Telekanalın məlumatına görə, qızılı rəngli qutuda belaruslu ustalar tərəfindən hazırlanmış ağ vasilyok (qarğıdalı çiçəyi) formasında zərgərlik məmulatı və digər suvenirlər yer alıb.

Dekabrın 13-də ABŞ prezident ailəsi Con Koul vasitəsilə Aleksandr Lukaşenkoya şəxsi məktub göndərib. Məktubda belarus tərəfinə qonaqpərvərliyə və hədiyyələrə görə təşəkkür edilib, həmçinin yaxınlaşan Milad bayramı münasibətilə təbrik ünvanlanıb. Qeyd edilib ki, katolik dünyasında Milad bayramı dekabrın 25-də qeyd olunur.

Minskdə keçirilən görüşlər zamanı iri geosiyasi məsələlər və ABŞ–Belarus ikitərəfli münasibətlərinə dair praktiki mövzular müzakirə olunub. Danışıqların yekununda ABŞ Belarusa qarşı tətbiq edilən sanksiyalardan bir qismini, o cümlədən belarus kaliumuna dair məhdudiyyətləri ləğv edib. Eyni zamanda Aleksandr Lukaşenko 123 nəfər xarici və belarus vətəndaşını əfv edib. Belarus hakimiyyəti bu qərarların Donald Trampla razılaşdırılaraq qəbul edildiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Dekabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri