Lukmandan Qasperiniyə cavab: “Məni günah keçisi etdilər”
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Atalanta”nın hücumçusu Ademola Lukman komandanın baş məşqçisi Can Piero Qasperininin onu sərt tənqid etməsinə cavab verib.
Futbolpress.az xəbər verir ki, Çempionlar Liqasında keçirilən “Atalanta” – “Brügge” (1:3, ilk oyun 1:2) matçından sonra 67 yaşlı çalışdırıcı Lukma haqda – “O, gördüyüm ən pis penalti zərbəsini vuran oyunçulardan biridir. O, qol vurduqdan sonra penaltini də vurmaq istədi və topu götürdü. Baxmayaraq ki, Retequi və De Ketelare var idi… Lukmanın etdiyi xoşuma gəlmədi” – deyə açıqlama vermişdi.
27 yaşlı forvard isə mütəxəssisin fikirlərini belə qarşıladı:
“Belə bir şey haqqında danışmaq məcburiyyətində qalmağım kədərlidir. Məni günah keçisi etdilər, incidim və incindim”.
Ademola şəxsi sosial media hesabında – “Bu, mənim səylərimə də hörmətsizlikdir” – yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 19 Fevral 2025 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















