Icma.az
close
up
RU
“Lukoil”in Azərbaycanı tərk etməsi nə ilə nəticələnəcək? KONKRET

“Lukoil”in Azərbaycanı tərk etməsi nə ilə nəticələnəcək? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

““LUKOİL”in Azərbaycanı tərk etməsi xəbəri yayılıb. “LUKOİL” dünyanın 22 ölkəsində işləyir. Bu məsələ təkcə Azərbaycanda deyil, Qazaxıstanda, Özbəkistanda və bir çox ölkələrdə gündəmdədir. Bu, oktyabrın 22-də ABŞ-nin Maliyyə Nazirliyinin “Rosneft” və “LUKOİL” şirkətlərinə qarşı yeni sanksiyalarının tətbiqi ilə əlaqədardır. LUKOİL”in 34 törəmə şirkəti var. Sanksiyada hamısının adı qeyd edilməyib, amma onlara da şamil edilir. Dollarla əməliyyat aparmaq qadağan olunur. Amerika vətəndaşlarına, Amerikada işləyən şirkətlərə “LUKOİL”lə hər hansı ticari və hüquqi təmasda əlaqələrin qurulması qadağan edilir. Bu baxımdan, “LUKOİL”in Azərbaycandakı bəzi layihələri də gedə bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

“ABŞ Maliyyə Nazirliyi sanksiyada göstərib ki, harada “LUKOİL” 50%+1 səhmə, nəzarət paketinə malikdirsə, o layihələrə birinci sanksiya tətbiq edilir. “Şahdəniz” layihəsini götürsək, “LUKOİL” bu layihədə 19,99% paya malikdir. İkinci tərəfdən, “LUKOİL”in Azərbaycanın pərakəndə neft məhsulları bazarında kifayət qədər rolu var. “LUKOİL-Azərbaycan” QSC-nin 1 neft-bazası, 87 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bütün bunlar tamamilə “LUKOİL”ə məxsusdur. Beləliklə, şirkətin Azərbaycanın yanacaq bazarından getməsi mümkündür. Eyni zamanda “Şahdəniz” layihəsinə bu vəsait necə köçürülücək, şirkət öz vəzifələrini necə həyata keçirəcək, hələ bu açıq sualdır. Düşünürəm, dekabrın ilk on günlüyündə tamamilə bu məsələlərə aydınlıq gətiriləcək. Çünki baxmayaraq ki, noyabrın 21-dən sanksiyalar tətbiq edilir, ABŞ Maliyyə Nazirliyi ikinci bir imkan verib, dekabrın 13-nə qədər “LUKOİL” məsələləri yekunlaşdırsın”, – İ.Şaban bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Noyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri