Icma.az
close
up
RU
Lüksemburq parlamentinin qətnaməsı reallığı dərk etməmək acizliyinin göstəricisidir ŞƏRH AZƏRTAC

Lüksemburq parlamentinin qətnaməsı reallığı dərk etməmək acizliyinin göstəricisidir ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 22 noyabr, AZƏRTAC

Beynəlxalq birliyin Bakıda planetin üzləşdiyi ən ağrılı problemlərdən olan iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə dair aktual məsələləri müzakirə etdiyi bir vaxtda Lüksemburq Deputatlar Palatasının noyabrın 20-də Azərbaycanı əsassız ittihamlarla hədəfə alan qətnamə qəbul etməsi bu parlamentin reallıq hissini necə itirməsinə bariz nümunədir. Bakı iqlim platformasında 196 dövlət bəşəriyyətin gələcəyinin xilasına yönəlik məsələlərlə məşğuldur. Aktual dünya siyasətinin reallığından uzaq düşmüş Lüksemburq parlamentariləri isə məhz bu qlobal tədbirdə ev sahibliyi edən ölkəni - Azərbaycanı yenidən şantaj etməklə məşğuldur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev səsləndirib.

O qeyd edib ki, dövlətimizin başçısının COP29-un Liderlər Sammitinin açılış mərasimində və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışlarında səsləndirdiyi haqlı və cəsarətli fikirlərindən sonra qətnamədə Azərbaycan Prezidentinin hədəfə alınması təəccüb doğurmur. Əksinə, bu, faktlar qarşısında aciz qalanların cılızlıq nümayişidir. Müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqq səsinin Azərbaycan Prezidenti tərəfindən belə mötəbər kürsüdən təkzibolunmaz faktlar əsasında səsləndirilməsi təbii ki, bu işə məsuliyyət daşıyanları çox ciddi narahat edir. Neomüstəmləkəçi qüvvələrin əlində alətə çevrilərək Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkibi olmaq əvəzinə, bu xalqların yanında olmaq Lüksemburq parlamentinə daha çox hörmət gətirərdi. Bu, təkcə ədalətin dəstəklənməsi deyil, həm də beynəlxalq hüquqa hörmətin nümayişi olardı.

“Ölkəmizə qarşı uzun illərdir qarayaxma kampaniyası aparan müxtəlif maraq qruplarının istifadə etdikləri ayrı-ayrı mövzuların yenidən ittihamlar və tələblər formasında Lüksemburq parlamentinin qətnaməsində yer alması ölkəmizin daxili işlərinə kobud müdaxilə cəhdidir.

Azərbaycanda hüquqi dövlətçiliyin inkişafına qarşı yönələn absurd ittihamlara ən tutarlı cavab yenə COP29 nümunəsindən götürülə bilər. Azərbaycanın “COP atəşkəsi” təşəbbüsünə 1200-dən çox təsisat, qeyri-hökuməti təşkilat nümayəndələrinin, nüfuzlu şəxsiyyətlərin qoşulması həm də ölkəmizdə vətəndaş cəmiyyətinin uğurlu inkişafının təqdir edilməsidir. Qlobal miqyasda və bütün coğrafi məkanlardan minlərlə təsisatı təmsil edən on minlərlə insanın ölkəmizdə fəaliyyəti bu absurd ittihamlara ən tutarlı cavabdır”, - deyə o əlavə edib.

Deputat vurğulayıb ki, Lüksemburq parlamentinin qətnaməsi, eyni zamanda, Azərbaycanın suverenliyinə hörmətsizlik nümayişdir. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd 30 illik işğalına son qoymasından sonra bölgədə yaranan və beynəlxalq hüquqa əsaslanan yeni reallıqları Lüksemburq parlamenti dərk etməkdə hələ də çətinlik çəkir. Otuz il müddətində Ermənistan tərəfindən pozulan və Lüksemburq tərəfindən heç vaxt gündəmə gətirilməmiş beynəlxalq hüququn prinsipləri məhz Azərbaycan Prezidentinin uğurlu hərbi-siyasi və diplomatik kursu nəticəsində bərpa edildi, regionda sabitlik, uzunmüddətli sülhün təmini üçün unikal tarixi şərait yarandı.

Barbar erməni işğalının nəticələrindən biri də Azərbaycanın ərazisinin 12 faizinin 1,5 milyon mina və digər partlamamış hərbi sursatla çirkləndirilməsidir. BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrində də yer almış, işğal edilmiş ərazilərdən güc tətbiq edilərək qovulan və iztirablar yaşamış yüz minlərlə azərbaycanlı həm də bu səbəbdən həmin torpaqlara bu gün geri qayıda bilmir. Bu insanların haqları isə lüksemburqlu parlamentariləri heç vaxt düşündürməyib.

“Parlamentarilərin məlumatsız olduqları məsələlərə dair ədalətsiz və qərəzli mövqe sərgiləmək əvəzinə, regionu məşğul edən real məsələlərin həllinə dəstək verməsi Lüksemburq parlamentinə hörmət qazandırar. Ermənipərəst və Azərbaycana qarşı qərəzli mövqeni öz həyat amili hesab edən qüvvələrin aləti kimi istifadə olunması region xalqlarının rifahına, inkişafına və sabitliyin təmininə xidmət etmir.

Lüksemburq parlamentinin reallıqların təhrif olunduğu birtərəfli qətnaməsini qəti şəkildə rədd edir, lüksemburqlu həmkarları obyektiv və ədalətli mövqe nümayiş etdirməyə çağırıram”, - deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri