Icma.az
close
up
RU
Lüksemburqda muğam konserti təşkil edilib AZƏRTAC

Lüksemburqda muğam konserti təşkil edilib AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lüksemburq, 19 dekabr, AZƏRTAC

Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin təşkilatçılığı ilə Lüksemburqun “Neumüster Abbaye” abbatlığında muğam konserti təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov konsert iştirakçılarına ölkəmizin zəngin mədəniyyəti, musiqisi haqqında ətraflı məlumat verib. O, tar, kamança və qavalın UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri kimi tanınan muğam musiqi janrının fundamental elementləri olduğunu bildirib. Qeyd edib ki, zəngin və rəngarəng Azərbaycan mədəniyyətində muğam xüsusi yer tutur. Tar, kamança və qavaldan ibarət muğam üçlüyü tarixə kök salmış Azərbaycan musiqi ənənələrinin bənzərsiz nümunəsidir.

Sonra Əməkdar artist Sahib Paşazadə (tar), Xalq artisti, tanınmış pianoçu və bəstəkar Yeganə Axundova və Xəyyam Məmmədovun (kamança) müşayiəti ilə xanəndə, Əməkdar artist İlkin Əhmədov "Küçələrə su səpmişəm", "Şuşanın dağları başı dumanlı", "Sarı gəlin" xalq mahnılarını, eləcə də Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Vaqif Mustafazadə, Rauf Hacıyev, Bəhram Nəsibov, Vasif Adıgözəlov, Həsən Rzayev, Fərhad Bədəlbəylinin musiqilərini ifa ediblər.

Konsertdə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev, bu ölkələrdə akkreditə olmuş diplomatik korpusun nümayəndələri, Belçika və Lüksemburqun barok musiqisevərləri, Azərbaycan diasporunun üzvləri və yerli incəsənət nümayəndələri iştirak ediblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri