Icma.az
close
up
RU
Lula da Silva Trampı Braziliyanın suverenliyinə zərbə vurmaqda ittiham edib

Lula da Silva Trampı Braziliyanın suverenliyinə zərbə vurmaqda ittiham edib

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın Braziliyanın keçmiş lideri (2019-2022) Jair Bolsonaronun məhkəməsini dayandırmaq çağırışları Cənubi Amerika respublikasının suverenliyinə hücumdur.

Bizimyol.info xəbər verir ki, bunu Braziliya prezidenti Luiz İnasiu Lula da Silva xalqa müraciətində deyib.

“Braziliyanın məhkəmə sisteminə təsir etmək cəhdləri milli suverenliyə ciddi hücumdur”, - deyə o qeyd edib. Prezidentin sözlərinə görə, o, "ölkəyə edilən bu hücumun bir çox braziliyalı siyasətçinin dəstəyini alması"ndan hiddətlənib. “Onlar əsl Vətən xainləridir”, - deyə dövlət başçısı vurğulayıb.

Bundan əvvəl Tramp Braziliya hakimiyyətini hazırkı liderin Bolsonaroya qarşı hərəkətlərinə görə tənqid edib. Bundan sonra ABŞ prezidenti Braziliyanın keçmiş başçısına qarşı məhkəmə prosesinin dayandırılmasını istəyib.

Lula da Silva, həmçinin ABŞ rəhbərliyinin avqustun 1-dən Braziliya mallarına 50% rüsum tətbiq edəcəyini elan etdikdən sonra respublikanın iqtisadiyyatını qorumaq üçün istənilən tədbiri görməyə hazır olduğunu bəyan edib. “Lazım gələrsə, biz iqtisadiyyatımızı qorumaq üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik: Ümumdünya Ticarət Təşkilatına müraciətlərdən tutmuş İqtisadi Qarşılıqlılıq Aktının tətbiqinə qədər”, - deyə o bildirib.

Qanun aprelin 11-də qəbul edilib və kommersiya güzəştlərinin, investisiyaların və əqli mülkiyyət hüquqları ilə bağlı öhdəliklərin dayandırılması meyarlarını özündə əks etdirir. “Tarif müharibələrində qaliblər yoxdur. Biz sülhsevər ölkəyik, düşmənimiz yoxdur. Biz ölkələr arasında çoxqütblülüyün və əməkdaşlığın tərəfdarıyıq. Ancaq heç kim unutmasın ki, Braziliyanın yeganə ağaları onun xalqıdır”, - deyə Lula da Silva bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 İyul 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri