Icma.az
close
up
RU
Lüt gəzənləri cəmiyyət qəbul etməməlidir Sosioloq

Lüt gəzənləri cəmiyyət qəbul etməməlidir Sosioloq

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Onlara yüksək məbləğdə cərimələr kəsilməlidir


Sosioloq: “Artıq cəmiyyət içində utanmaq hissi, ayıb və abır anlayışı yox olmaq üzrədir”


Son vaxtlar Azərbaycanda müşahidə olunan bəzi sosial hadisələr cəmiyyətdəki dərin psixoloji və mənəvi problemlərin əlaməti kimi diqqət çəkir. Bu günlərdə sosial şəbəkələrdə yayılan görüntülərdə bir gənc tamamilə çılpaq halda avtomobil yolunun üzərində gəzərkən əks olunub. Polis əməkdaşlarının müdaxiləsindən sonra həmin şəxs nəzarətə götürülüb. Bu, nə ilkdir, nə də görünür, son olacaq. Xatırlayırsınızsa, bir müddət əvvəl Xırdalanda bir qadın da eyni şəkildə sərxoş və çılpaq halda küçəyə çıxaraq avtomobillərin hərəkətinə əngəl törətmişdi. 


Mütəxəssislərin fikrincə, bu tip halların artması təkcə fərdi davranış pozuntusu və ya təsadüfi ruhi problemlər kimi izah edilə bilməz. Cəmiyyətdə baş verən bu cür qeyri-adi və narahatedici hadisələr, dərin sosial-psixoloji gərginliyin, mənəvi boşluğun və milli dəyərlərin sürətlə aşınmasının əlaməti kimi də şərh olunmalıdır.  İnsanların özlərini ictimai qaydalardan və mənəvi baryerlərdən bu qədər uzaq hiss etmələri, eyni zamanda psixoloji yardımın əlçatan olmaması, sosial təzyiqlərin və iqtisadi çətinliklərin artması ilə birbaşa bağlı görünür.

 Xatırladaq ki, Bakı şəhər Sabunçu rayonu ərazisində çılpaq vəziyyətdə əxlaqsız hərəkətlər edən şəxs məsuliyyətə cəlb edilib. Hadisə Bilgəh qəsəbəsində - Dənizkənarı magistral yolda baş verib. Gənc oğlan tamamilə lüt vəziyyətdə qeyri-etik hərəkətlər edərək vətəndaşların narahatlığına səbəb olduğuna görə saxlanılıb. Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə aparılan şəxsin Salyan rayon sakini olan və paytaxtın Binəqədi rayonunda yaşayan 1997-ci il təvəllüdlü S.Səlimov (şərti) olması müəyyən edilib. Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən onun narkotik vasitə qəbul etməsi məlum olub. Saxlanılan şəxs uzun müddətdir restoranda aşpaz işlədiyini, hadisədən əvvəl istirahət mərkəzində kokteyl içdiyini və bundan sonra özünə nəzarəti itirdiyini deyib. Barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə protokol tərtib edilən gənc Sabunçu Rayon Məhkəməsinə aparılıb. O, 300 manat cərimə edilərək sərbəst buraxılıb.


Sosioloq Mətanət Məmmədova bu halları cəmiyyətin psixoloji və mənəvi deqradasiyası ilə izah edir. O, “Şərq”ə açıqlamasında bildirib ki, artıq cəmiyyət içində utanmaq hissi, ayıb və abır anlayışı yox olmaq üzrədir: 

“Atalarımız boşuna deməyib ki, “utanmasan oynamağa nə var”. Bizim cəmiyyətimizdə o qədər utanmaz insanlar peyda olub ki, cəmiyyət mat qalıb. Çox heyif ki, biz bu günlərə gəlib çıxmışıq. Heyif ki, Azərbaycan xalqı bu günləri görməyə məhkum olub. Sərxoş və lüt vəziyyətdə maşınların qabağında oynayan qadının videosunu görəndə qadın olmağımdan utanmışdım. Həmcinsim olan bir varlığın özünü bu vəziyyətə salması çox acınacaqlıdır. Digər hadisə də eyni səviyyədə biabırçılıqdır. 97-ci il təvəllüdlü bir gəncin lüt vəziyyətdə yol kənarına çıxması nə deməkdir? Bu yaşda biri narkotik maddəni hansı dozada qəbul edib ki, özündə-sözündə olmayıb. Azərbaycan cəmiyyəti hər zaman öz milli-mənəvi dəyərlərinə sadiqliyi, etik davranışları ilə digər xalqlara nümunə olub. Bizim xalqın arasından bu cür utanmaz insanların çıxması insanda xəcalət hissi yaradır.  Problem lütlənib küçəyə çıxan bu insanlarla bitmir.  Soyunub televizora, tiktoka çıxanların, özlərini nümayişkaranə şəkildə təqdim edənlərin sayı günbəgün artır. Gənc nəsil bu mənzərələri görə-görə, dinləyə-dinləyə böyüyür. Axı bu cəmiyyət hara gedir? Küçədə bizə yaraşmayan geyimlər, əxlaqdan uzaq davranışlar artıq “normal” kimi qəbul olunur”.


M.Məmmədova hüquq-mühafizə orqanlarının hadisəyə dərhal reaksiya verməsini təqdirəlayiq hesab edir, lakin bununla kifayətlənməməyə çağırır:

”Bunların yeri nə küçədir, nə ailə. Özünü cəmiyyətə uyğun şəkildə apara bilməyənlərin yeri ya psixoloji reabilitasiya mərkəzləridir, ya da islah müəssisələri. Cəmiyyətin ortasında belə davranışlara yol verənlər bizimlə eyni mühitdə yaşamalı deyil. İnsanlara əxlaq kodeksinin mövcudluğu aşılanmalıdır. Anormal insanların bizimlə eyni cəmiyyətdə yaşaması düzgün deyil”. 

Sosioloq hesab edir ki, cəmiyyətdə özünü apara bilməyən, etik davranış qaydalarını pozan insanlara qarşı cəzalar sərtləşməli, onlara yüksək məbləğdə cərimələr tətbiq olunmalıdır. Cəzalar sərtləşdirilməlidir ki, başqaları da bundan dərs götürsün: “Nəyə görə mənim övladlarım, nəvələrim küçədə lüt gəzən, tərbiyəsiz insanlarla qarşılaşmalıdır? Əgər bu məxluqlara ailələri yiyə çıxa bilmirsə, dövlətin müvafiq qurumları onlara çox gözəl tərbiyə verə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyul 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri