Icma.az
close
up
RU
Luvr muzeyi daha bir qalmaqalla gündəmdə

Luvr muzeyi daha bir qalmaqalla gündəmdə

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Parisdəki Luvr Muzeyində genişmiqyaslı bilet saxtakarlığı şəbəkəsi zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.

Bildirilib ki, muzey rəhbərliyinin polisə müraciətindən sonra başlanan istintaq nəticəsində mütəşəkkil və geniş yayılmış saxtakarlıq sxemi aşkar edilib.

Araşdırma çərçivəsində Luvr Muzeyinin iki əməkdaşı da daxil olmaqla, ümumilikdə 9 nəfər saxlanılıb. Onlar saxta və ya qanunsuz yollarla əldə edilmiş biletlərin satışı vasitəsilə ziyarətçiləri aldatmaqda şübhəli bilinirlər.

“Le Parisien” qəzetinin yazdığına görə, şəbəkə 2024-cü ilin yayından fəaliyyət göstərib və əsasən, çinli turistləri hədəf alıb. İddialara əsasən, şübhəlilər muzeyə giriş biletlərini qeyri-qanuni şəkildə sataraq maddi qazanc əldə ediblər.

Hazırda faktla bağlı istintaq davam edir. Fransa hüquq-mühafizə orqanları hadisənin təfərrüatını araşdırır.

Xatırladaq ki, bu, muzeylə bağlı ilk qalmaqal deyil. Oktyabrın 19-da naməlum şəxslər Luvr muzeyinə daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 88 milyon avro qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Fevral 2026 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see368

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see346

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see280

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see274

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see260

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see253

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see251

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see251

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see236

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see236

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see235

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see222

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see209

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see204

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see196

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see190

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see187

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see179

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see172

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri