M. Xamenei yenidən ABŞ la danışıqları M. Pezeşkiana həvalə etdi
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı planının artıq müzakirə masasında olduğu və İran ətrafında hərbi qüvvələrini cəmləşdirdiyi görünür. Bir müddət əvvəl İranın ali dini rəhbəri Müctəba Xamenei ölkənin hərbi məsələlərinin idarə olunmasını Möhsün Rzaiyə, iqtisadi məsələlərini isə prezident Məsud Pezeşkiana həvalə etmişdi. Beləliklə, İranın hərbi-siyasi idarəçiliyində Rzainin rolu əhəmiyyətli dərəcədə artmışdı.
Bu müddətdə ABŞ-la danışıqları Pezeşkian hökuməti aparsa da, prezidentin prosesdəki siyasi təsirinin məhdudlaşdırıldığı müşahidə olunurdu. Lakin hazırda Dohada ABŞ və İran arasında aparılan danışıqlar fonunda Müctəba Xamenei qərarına yenidən dəyişiklik edərək diplomatik prosesi hökumətə və prezidentə həvalə edib. Bu qərarın ABŞ-ın artan hərbi təzyiqləri fonunda verilməsi diqqət çəkir.
Qeyd edim ki, Rusiya prezidenti Vladimir Putinin İranın təhlükəsizlik strukturlarında mühüm mövqeyə malik Möhsün Rzai ilə telefon danışığı aparması da xüsusi əhəmiyyət daşıyır. Bu təmas İranın hərbi-siyasi idarəçiliyində Rzainin rolunun nə qədər artdığını göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, İran həm diplomatik müstəvidə ABŞ-la danışıqları davam etdirməyə çalışır, həm də hərbi qarşıdurma ehtimalına hazırlaşır. Tehran bir tərəfdən danışıqlar vasitəsilə gərginliyi azaltmağa çalışsa da, digər tərəfdən mümkün müharibə ssenarisinə hazırdır.
Əgər ABŞ və İran arasında danışıqlar yenidən nəticəsiz qalarsa, Vaşinqtonun İrana qarşı məhdud və ya daha genişmiqyaslı hərbi əməliyyatlara başlaması ehtimalı istisna edilmir. Hazırkı hərbi-siyasi vəziyyət isə regionda gərginliyin daha da artacağını göstərir.
Məhəmməd Əsədullazadə
Baxış sayı:136
Bu xəbər 03 Noyabr 2026 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















