Icma.az
close
up
RU
“Maariflən, dəstək al, inteqrasiya ol” FOTOLAR

“Maariflən, dəstək al, inteqrasiya ol” FOTOLAR

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi bu mövzuda layihəsini uğurla davam etdirir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən “Maariflən, dəstək al, inteqrasiya ol” layihəsi çərçivəsində 2026-cı ilin iyul ayı ərzində hüquqi, psixoloji və peşə hazırlığı istiqamətlərini əhatə edən genişmiqyaslı fəaliyyətlər uğurla icra olunub. Layihənin əsas məqsədi həssas sosial qruplara aid qadınların, qızların və uşaqların bilik və bacarıqlarının artırılması, onların sosial inteqrasiyasının dəstəklənməsi, hüquqi maarifləndirilməsi, psixoloji dayanıqlığının gücləndirilməsi və peşə bacarıqlarının inkişaf etdirilməsi olub.

İyul ayı ərzində layihə çərçivəsində keçirilən tədbirlər bir-birini tamamlayan kompleks yanaşma əsasında təşkil edilmiş, iştirakçıların yalnız məlumatlandırılması deyil, əldə etdikləri bilik və bacarıqları praktik şəkildə tətbiq etmələrinə də xüsusi diqqət yetirilib.

Peşə hazırlığı istiqamətində saç ustalığı üzrə keçirilən praktiki təlimlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Təlimlərdə saçın qurudulması və fenlə işləmə texnikası, sadə saç kəsimləri, qatlı (kaskad) saç kəsimi və qısa saç kəsimi mövzuları üzrə nəzəri biliklərlə yanaşı geniş praktik məşğələlər həyata keçirilb.

Real modellər üzərində təşkil olunan praktiki məşqlər nəticəsində iştirakçılar saçın strukturunun müəyyən edilməsi, düzgün bölünməsi, peşə alətlərindən təhlükəsiz istifadə, fen texnikası, müxtəlif kəsim üsulları və saçın formalaşdırılması sahəsində ilkin peşə bacarıqları əldə ediblər.

Layihə çərçivəsində hüquqi maarifləndirmə istiqamətində də silsilə təlimlər keçirilmişdir. İştirakçılar mənzil, nikah, əmək, tətil və sosial təminat hüquqları, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 55–65-ci maddələri barədə geniş məlumat əldə etmiş, hüquqların müdafiəsi mexanizmləri, dövlət təminatları, məhkəməyə müraciət hüququ, hüquqi yardım alma imkanları və vətəndaş məsuliyyəti ilə bağlı praktik nümunələr əsasında maarifləndiriliblər.

Psixoloji istiqamətdə keçirilən “Şəxsi sərhədlərin qorunması”, “Erkən nikahın psixoloji aspektləri” və “Psixoloji dayanıqlığın inkişafı” mövzularında təlimlər iştirakçıların emosional rifahının möhkəmləndirilməsinə, özünəinamın artırılmasına, sağlam münasibətlərin qurulmasına və stresslə mübarizə bacarıqlarının inkişafına yönəldilibr.

İyul ayının ən mühüm yeniliklərindən biri layihə çərçivəsində qrup terapiyası məşğələlərinin başlanması olmuşdur. Layihənin daha bir mühüm inkişaf istiqaməti dərzilik kurslarının fəaliyyətə başlaması olmuşdur. Yeni yaradılmış peşə istiqamətinə əlavə olaraq 10 qadın və qız cəlb edilib.

Hüquqi yardım istiqamətində 25 qadına, əlavə olaraq layihədən kənardan müraciət etmiş 2 qadına hüquqi məsləhət göstərilmiş, 4 qız və 3 oğlan uşağının şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı hüquqi müşayiət həyata keçirilib.

Psixoloji yardım xidmətləri isə layihədə iştirak edən bütün benefisiarları əhatə etmiş, 37 qadın, 27 qız və 16 oğlan fərdi və qrup şəklində psixoloji dəstək alıb.

İyul ayı ərzində layihəyə yeni müraciət edən iştirakçıların sayında da artım müşahidə olunub.

Layihəyə qoşulan yeni qadın və qızların əksəriyyəti sosial dəstəyə, psixoloji yardıma və peşə hazırlığına ehtiyac duyan həssas qrupların nümayəndələri olmuşdur. Onlar üçün fərdi sosial iş planları hazırlanmış, hüquqi, psixoloji və peşə xidmətlərinə inteqrasiya olunmaları təmin edilib.

Aparılan monitorinq və qiymətləndirmə göstərir ki, layihənin kompleks modeli – hüquqi maarifləndirmə, psixoloji dəstək və peşə hazırlığının vahid sistem şəklində həyata keçirilməsi iştirakçıların sosial adaptasiyasına, özünəinamının artmasına, hüquqi biliklərinin genişlənməsinə və gələcək məşğulluq imkanlarının formalaşmasına mühüm təsir göstərb.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi qarşıdakı aylarda da layihə çərçivəsində kompleks sosial xidmətlərin davam etdirilməsini, yeni peşə istiqamətlərinin yaradılmasını və həssas qrupların sosial inteqrasiyasının gücləndirilməsini prioritet istiqamət kimi davam etdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyul 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri