Icma.az
close
up
RU
Maaşlar saatla hesablanacaq Qazanc artacaq?

Maaşlar saatla hesablanacaq Qazanc artacaq?

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər.

Onun sözlərinə görə, inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model vətəndaşların “overtime”, yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir.

Eyni zamanda bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir.

Saatlıq əməkhaqqı sisteminə keçidin sürətləndirilməsi əmək bazarına və vətəndaşların gəlirlərinə necə təsir göstərə bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, saatlıq əməkhaqqı sisteminə keçid əmək bazarını və vətəndaşların gəlir səviyyəsini bir neçə istiqamətdə dəyişə bilər:

“Bu modelin həm müsbət tərəfləri, həm də müəyyən riskləri mövcuddur. İlk növbədə, şəffaflıq artır. Hazırda Azərbaycanda bir çox işçi rəsmi olaraq səhər 9-dan axşam 6-ya qədər çalışsa da, faktiki iş saatı daha uzun olur və əlavə iş vaxtına görə ödəniş almır. Saatlıq sistem tətbiq edildikdə isə hər işlənən saat qeydə alınır və ödənilir. Əlavə iş saatlarına görə artırılmış tarif tətbiq oluna bilər. Məsələn, adi saatlıq ödəniş 5 manatdırsa, axşam saatları və ya həftəsonu bu məbləğ 7.5 manata yüksələ bilər. Bu, həm işçiyə real əməyinin qarşılığını verir, həm də işəgötürəni artıq iş yükündən çəkindirir. İkinci mühüm üstünlük “part-time” və çevik məşğulluğun genişlənməsidir. Tələbələr, gənc analar, təqaüdçülər gündəlik 3-4 saat işləyərək rəsmi gəlir əldə edə bilərlər. Mövcud aylıq maaş sistemində yarımştat işçilərin rəsmiləşdirilməsi çox zaman sərfəli hesab edilmir.

Saatlıq sistemdə isə vergi və sosial ödənişlər işlənən saata uyğun hesablanır. Bu da leqal məşğulluğun artmasına səbəb ola bilər. ABŞ və Avropa ölkələrində kuryer, kassir, ofisiant, çağrı mərkəzi kimi sahələrdə işlərin böyük hissəsi saatlıq əsasda qurulub. Azərbaycanda da xidmət sektoru, pərakəndə satış və logistika sahələri üçün uyğun model ola bilər. Üçüncü üstünlük bir neçə yerdə işləmək imkanının artmasıdır. Vətəndaş günün bir hissəsində bir şirkətdə, digər hissəsində başqa yerdə işləyə bilər. Aylıq maaş sistemində bu, iş qrafiklərinin toqquşması səbəbindən çətin olur. Saatlıq sistem isə insanlara öz iş vaxtını daha çevik planlaşdırmağa və ümumi gəlirini artırmağa şərait yaradır. Dördüncü məqam məhsuldarlığın artmasıdır. İşəgötürən işçini boş yerə ofisdə saxlamağa maraqlı olmur, çünki hər saat əlavə xərc deməkdir. Bu səbəbdən diqqət nəticəyə yönəlir. İşçi də bilir ki, artıq işlədiyi hər saat üçün əlavə ödəniş alacaq. Bundan başqa, qeyri-rəsmi “zərfdə maaş” halları da azala bilər, çünki bütün iş saatları sistemdə qeydiyyata alınmalıdır”.

İqtisadçı bununla yanaşı, risklərin də olduğunu əlavə edib:

“Ən əsas risk aylıq sabit gəlirin zəifləməsidir. Hazırda işçi bilir ki, iş az olsa və ya xəstələnsə belə, ay sonunda müəyyən sabit maaş alacaq. Saatlıq sistemdə isə iş həcmi azaldıqda gəlir də azalacaq. Xüsusilə xidmət sektorunda mövsümi dövrlərdə bu problem daha qabarıq görünə bilər. Digər risk işəgötürənin sui-istifadə ehtimalıdır. Məsələn, işçi sənəddə 6 saatlıq göstərilib, faktiki olaraq 10 saat işlədilə bilər. Əgər nəzarət mexanizmləri güclü olmazsa, hüquq pozuntuları arta bilər. Buna görə elektron iş vaxtı uçotu, biometrik giriş-çıxış sistemləri və rəqəmsal əmək platformalarına inteqrasiya vacibdir. Üçüncü risk isə aşağı ixtisas tələb edən sahələrdə saatlıq tariflərin çox aşağı müəyyən olunmasıdır. Əgər minimum saatlıq əməkhaqqı qanunla tənzimlənməzsə, işçilər uzun saatlar işləsələr də, aşağı gəlirlə üzləşə bilərlər. Əmək bazarına ümumi təsir baxımından qısa müddətdə qeyri-formal məşğulluqdan rəsmi məşğulluğa keçid sürətlənə bilər. Dövlət büdcəsinə sosial sığorta daxilolmaları artar. Kafe, market, anbar kimi işçi çatışmazlığı yaşanan sahələrdə personal tapmaq daha asanlaşar. Lakin dövlət sektoru, müəllimlik, həkimlik, mühəndislik kimi sahələrdə tətbiqi daha çətin görünür. Çünki bu peşələrdə nəticə yalnız saatla ölçülmür”.

A.Nəsirli əlavə qazanc məsələsinə də toxunub: “Məsələn, hazırda 8 saat işləyib 800 manat qazanan şəxs saatlıq sistemdə eyni gəliri saxlaya bilər. Əgər əlavə saatlar işləsə, daha çox qazana bilər. Digər tərəfdən, part-time işləyən tələbə və ya əlavə gəlir axtaran şəxs 400-500 manat əlavə qazanc əldə edə bilər. Amma iş az olan aylarda gəlirin azalması da mümkündür. Yekunda, saatlıq əməkhaqqı sistemi çeviklik, şəffaflıq və əlavə qazanc imkanları yaradır, eyni zamanda kölgə iqtisadiyyatını azalda bilər. Lakin sabit gəlirin qorunması üçün minimum saatlıq tarif, əlavə iş saatı əmsalı, elektron uçot sistemi və güclü əmək nəzarəti vacibdir. Əks halda bu model gəliri artırmaq əvəzinə qeyri-sabitlik yarada bilər. Buna görə keçid mərhələli şəkildə aparılmalıdır: əvvəlcə xidmət, ticarət və logistika sahələrində, daha sonra isə könüllü əsasda digər sektorlarda tətbiq edilə bilər”.

Mövzu ilə bağlı saytımıza açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə əsasən, nəzərdə tutulur ki, həm aylıq, həm də saatlıq əməkhaqqı modeli ölkədə paralel şəkildə saxlanılsın:

“Bu yanaşma əməyin ödənişində prinsipial dəyişiklik yaratmayacaq. Belə ki, əməkhaqqının minimal aylıq sistemi qüvvədə qalacaq. Hazırda bu məbləğ 400 manatdır və iş saatına çevrilmiş formada da baza kimi həmin göstərici götürüləcək. Yəni 400 manatlıq minimum əməkhaqqı 167 iş saatına bölünərək saatlıq tarif müəyyən ediləcək”./sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Aprel 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri