Icma.az
close
up
RU
Maaşlar nə zaman artacaq? KONKRET

Maaşlar nə zaman artacaq? KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklikləri təsdiq edib.

KONKRET.az xəbər verir ki, yeni dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Milli.Az-a açıqlamasında bildirib ki, minimum əməkhaqqının artması Vahid Tarif Cədvəli ilə əməkhaqqı ilə işləyən bütün işçilərin əməkhaqlarının artmasına təsir göstərəcək.

“Bu həm də özəl sektorda çalışanların əməkhaqların da artmasına gətirib çıxaracaqdır. Çünki, ölkədə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının ödənilməsi qadağan oldunduğundan bu artıma mütənasib şəkildə özəl sektordada əməkhaqlarda  artımlar olacaqdır”.

Deputat qeyd edib ki, ümumiyyətlə minimum əməkhaqqının artması 700 mindən çox işləyənin əməkhaqqının artmasına gətirib çıxaracaqdır:

“Beləliklə minimum əməkhaqqının artması müvafiq qanuna görə hər ilə artırırılacaqdır. Bu həm də  əməkhaqlarının hər il artması deməkdir”.

Milli Məclisin deputatı Vüqar Bayramov Milli.Az-a açıqlamasında bildirib ki, bu dəyişiklik minimum əməkhaqqındakı artımların mütəmadiliyini təmin edəcək və bu prosesin qanunla tənzimlənməsi anlamına gəlir.

Deputat qeyd edib ki, minimum əməkhaqqındakı artım təkcə az maaş alan vətəndaşlara deyil, həm də Vahid Tarif Cədvəlinə uyğun maaş alan şəxslərin gəlirlərinə təsir edəcək:

“Hazırda Vahid Tarif Cədvəli üzrə ən aşağı maaş 400 manat, ən yüksək vəzifə maaşı isə 1150 manat təşkil edir. Söhbət dövlət idarələrində çalışan, lakin dövlət qulluqçusu olmayan vətəndaşlardan gedir. Qərar qəbul edildikdən sonra Nazirlər Kabineti tərəfindən bir ay müddətində Vahid Tarif Cədvəli üzrə vəzifə maaşlarının uyğunlaşdırılması həyata keçirilir. Bununla da, praktik olaraq dövlət qurumlarında çalışan və dövlət qulluqçusu olmayan vətəndaşların da əməkhaqlarında artımlar qeydə alınır. O baxımdan minimum əməkhaqqının artırılması həm də Vahid Tarif Cədvəlinə uyğun maaş alan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın da əməhaqlarının artmasına imkan yaradacaq”.

V.Bayramovun sözlərinə görə, minimum əməkhaqqının artması həm də özəl sektorda maaş artımı deməkdir. İzah edib ki, qanunla müəyyən edilmiş minimum məbləğdən az əməkhaqqı ödənilməsi mümkün olmayacaq:

“Minimum əməkhaqqının artırılması bütövlükdə 700 mindən artıq vətəndaşı əhatə edəcək. Artıq dövlət başçısı tərəfindən Məcəlləyə edilən dəyişikliklər təsdiqlənib və növbəti dövrlərdə bu artımların praktik tətbiqi müşahidə olunacaq”.

Qeyd edək ki, Əmək Məcəlləsində qeyd edilir ki, ölkədə minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Prezidentin minimum əmək haqqı ilə bağlı sərəncamlarında konstitusiyanın 109-cu maddəsinin (AR Prezidentinin səlahiyyətləri) 32-ci bəndinə istinad edilir. Həmin bənddə isə qeyd edilir ki, bu bənd Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir. Yəni, Azərbaycanda minimum əmək haqqının müəyyən edilməsi prosesində işə götürənlərin və işçilərin nümayəndələri və ya parlament müzakirələri rol oynamır, bu barədə icra hakimiyyəti orqanları müstəqil şəkildə qərar qəbul edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Fevral 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see271

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see189

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see189

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see188

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see180

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see179

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see178

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see177

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see177

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see173

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see172

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see171

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see169

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see168

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri