Icma.az
close
up
RU
Macarıstan ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı gələcək danışıqların uğurlu olacağına inanır

Macarıstan ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı gələcək danışıqların uğurlu olacağına inanır

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Macarıstan Rusiya və ABŞ arasında ən yüksək səviyyədə dialoqu dəstəkləyir.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu Macarıstanın xarici iqtisadi əlaqələr və xarici işlər naziri Peter Siyarto Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O bildirib ki, Ukraynada sülhün tez bir zamanda əldə edilməsi üçün Vaşinqton və Moskva arasında gələcək danışıqların uğurlu olacağına ümid edir.

"Bu gün biz Ukraynada vəziyyəti ətraflı müzakirə etdik. Bu münaqişə nəticəsində ölkələrimiz əhəmiyyətli itkilərə məruz qalıb, ona görə də ümumi marağımız Ukraynada müharibənin mümkün qədər tez dayandırılması və sülh sazişinin imzalanmasıdır", - P.Siyarto qeyd edib.

Macarıstanın XİN başçısı ümidvardır ki, ABŞ-nin yeni administrasiyası və onun siyasəti Ukraynada sülhün tezliklə əldə olunması üçün imkanlar yaradacaq:

"Buna görə də biz Rusiya və ABŞ arasında ən yüksək səviyyədə dialoqu alqışlayırıq. Donald Tramp və Vladimir Putinin aktual məsələləri müzakirə etməsindən məmnunuq. Həmçinin bu danışıqların davamı olaraq ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşərək Ukraynada münaqişənin həlli yollarını müzakirə etməsi də vacibdir. Biz ABŞ Prezidenti Donald Trampın səylərinin uğurlu olacağına və Rusiya ilə ABŞ arasında danışıqların müsbət nəticələr verəcəyinə ümid edirik".

Bununla yanaşı, P.Siyarto vurğulayıb ki, Avropada münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmayanların mövqeyi güclənir:

"Biz həmişə kommunikasiya kanallarının açıq qalmasının tərəfdarı olmuşuq. Münaqişənin diplomatik həlli prioritet olaraq qalmalıdır. Lakin bu mövqeyimizə görə bizi həm Avropada, həm də Vaşinqtonda tez-tez tənqid edirdilər, rusiyayönümlü ritorikada günahlandırırdılar. Amma biz həmişə diplomatiya və dialoqun tərəfdarı olmuşuq. Bizim mövqeyimiz ondan ibarətdir ki, münaqişənin hərbi yolla həlli mümkün deyil. Zaman göstərir ki, bizim mövqeyimiz düzgün olub və belə də qalacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://report.az
archiveBu xəbər 17 Fevral 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri